Coğrafiyaçı alimlərin məqaləsi beynəlxalq jurnalda dərc edilib
Bakı, 6 aprel, AZƏRTAC
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - coğrafiya üzrə fəlsəfə doktoru, dosent Cuma Məmmədov və elmi işçi Zülfəli Rəsulovun həmmüəllif olduqları “Əsas təbii amillərin təsiri nəzərə alınmaqla palçıqlı sellərin asılı gətirmələrinin ən böyük sərflərinin hesablanmasında yeni yanaşma” adlı məqalə Rusiyanın impakt faktorlu “Vestnik qeonauk” jurnalında dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə Kiçik Qafqaz çayları üçün ilk dəfə olaraq asılı gətirmələrin ən böyük sərflərinin hesablanma metodikası işlənilib. Bu metodika palçıqlı sellərin əmələgəlmə şəraitini daha müfəssəl əks etdirir və hesablama xətası 25 faizə qədərdir. Alınmış tənliklər Kiçik Qafqazın öyrənilməmiş çayların palçıqlı sellərinin parametrlərinin təsviri və öyrənilməsi üçün istifadə edilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:51]
Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ
- 08.10.2026 [17:11]