Con van den Brom: "Qarabağ"ın heyətində güclü futbolçular var
Bakı, 11 iyul, AZƏRTAC
Bakıda olmaqdan məmnunam. Buradakı hava şəraiti xoşagələndir. Hamı günəşli havanı xoşlayır. Bunun bizə problem yaradacağını düşünmürəm. Çünki istənilən havada oynamağa öyrəşmişik.
AZƏRTAC xəbər verir ki, bunu Polşanın "Lex" klubunun baş məşqçisi Bakıda Ağdamın "Qarabağ" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, 3 oyunçumuz sabahkı görüşdə meydana çıxmayacaq. Onları başqaları ilə əvəzləyəcəyik. İlk matçda çətinliklə də olsa, qalib gəldik. İnanıram ki, sabah da belə olacaq. Heyətdəki itkilərin bizə problem yaradacağını düşünmürəm.
Niderlandlı baş məşqçinin sözlərinə görə, cavab görüşündə heç-heçə də onlar üçün qənaətbəxş nəticə sayılacaq: "Amma mən heç vaxt komandamı meydana bərabərlik üçün çıxarmamışam. Bakıya qələbə qazanmaq üçün gəlmişik. "Qarabağ"ın heyətində güclü futbolçular var və onların hər birini təhlükəli hesab edirəm. İlk matçda onlara tam üstünlük verməməyə çalışdıq. Bu dəfə də belə olacaq".
Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Poznandakı ilk oyunda "Qarabağ" rəqibinə minimal hesabla uduzub - 0:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]