COVID-19: “Amazon” şirkəti Fransadakı fəaliyyətini müvəqqəti dayandırıb
Paris, 16 aprel, AZƏRTAC
Nanterre məhkəməsinin qərarından sonra “Amazon” şirkəti Fransadakı yayım mərkəzlərini 5 günlük bağlayıb.
AZƏRTAC xəbər verir ki, “Amazon” əməkdaşlarının təhlükəsiziliyini lazımı səviyyədə qorumamaqda günahlandırılır.
Məhkəmənin qərarına əsasən “Amazon” şirkəti 24 saat müddətində müvəqqəti olaraq satışını məhdudlaşdırmalı və yalnız zəruri məhsulların satışını təmin etməlidir. Məhkəmə qərarının yerinə yetirilməsinin hər gecikmə gününə və hər pozuntusuna görə şirkət bir milyon cərimə ödəməlidir. Bu qərardan apellyasiya şikayəti verməyə hazırlaşan “Amazon” göstərilən riskin qiymətləndirilməsi məqsədilə aprelin 15-də Fransadakı anbarlarını müvəqqəti bağlayıb.
Qeyd edək ki, şirkətdə insanlar arasında 2 metr məsafə qaydasına riayət olunsa da, bəzi işçilərdə COVID-19 virusu aşkarlanıb və hətta onlardan reanimasiya şöbələrinə yerləşdirilənlər də var.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]