Azərbaycan Dövlət İnformasiya Agentliyi

COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektlərinə dair vebinar keçirilib

Bakı, 16 fevral, AZƏRTAC

Fevralın 15-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” mövzusunda beynəlxalq vebinar keçirilib.

AZƏRTAC xəbər verir ki, vebinara moderatorluq edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev dünyanı bürüyən COVID-19 pandemiyası ilə bağlı bir sıra məsələlərin siyasiləşdirildiyini deyib. Xüsusilə virusun başlanğıc ölkəsi olan Çinin reaksiyası və məsuliyyəti məsələsinin bir sıra müzakirələrə səbəb olduğunu bildirən F.Şəfiyev pandemiyanın başlamasına görə, əslində, hansısa ölkənin cavabdeh olmadığını vurğulayıb. O, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiyanın qarşısını almaqla bağlı gördüyü bir sıra tədbirlərin və reaksiyalarının da siyasiləşdirildiyini qeyd edib. Fərid Şəfiyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yoxsul ölkələrə peyvəndlərin paylanması təşəbbüsünün irəli sürüldüyünü bildirərək, ölkəmizin Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi bu işdə müəyyən mənəvi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

Sonra açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin xarici siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ÜST-ün Azərbaycanda milli səhiyyə sisteminin yeni vəziyyətə uyğunlaşdırılmasında mühüm tərəfdaş olduğunu deyib. O milli, regional və beynəlxalq səviyyələrdə təşəbbüslərin bir-birini tamamlamalı olduğunu bildirib və 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Zirvə toplantısının keçirildiyini, ÜST-ün dəstəyi ilə xüsusi fondun yaradıldığını vurğulayıb. Diqqətə çatdırıb ki, bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT-nin növbədənkənar sessiyasının çağırılması təşəbbüsü irəli sürülüb və bu təşəbbüs təşkilata üzv dövlətlər tərəfindən dəstəklənib.

Hikmət Hacıyev Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə peyvəndləmə prosesinin başladığını deyib. Lakin o, hazırda peyvəndlərin milliləşdirilməsi probleminin mövcud olduğunu əlavə edib və peyvəndlərin 90 faizinin yüksəkgəlirli ölkələr tərəfindən alındığını diqqətə çatdırıb. Hikmət Hacıyev yeganə həll yolunun qlobal vaksinasiya proqramı olduğunu deyərək, bütün ölkələr üçün peyvəndlərə maneəsiz və etibarlı çıxışın təmin edilməsinin vacibliyini vurğulayıb.

ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, pandemiyadan bütün dünya əziyyət çəksə də, ən kasıb və imkansız ölkələr, həmçinn həssas insanlar daha çox təsirlənib. Onun sözlərinə görə, sevindirici haldır ki, son həftələrdə qlobal miqyasda yeni yoluxma hallarının sayı getdikcə azalır. Peyvəndləmə mərhələsində meydana çıxan problemlərə də toxunan H.Harmancı deyib: “İndi peyvəndə sahib olan ölkələrin 90 faizindən çoxu imkanlı ölkələrdir. Əhalinin ümumi sayı 2,5 milyarddan çox olan təxminən 130 ölkədə peyvəndin tətbiqinə başlanmayıb. Bu bərabərsizliklərin daha da dərinləşməsinə imkan verməməliyik”. Onun sözlərinə görə, ÜST-ün tərəfdaş olduğu COVAX təşəbbüsü məhz bərabərsizliyi aradan qaldırmaq üçün yaradılıb. H.Harmancı deyib ki, COVAX 2021-ci ilin sonunadək 2 milyard doza peyvəndin aşağı gəlirli ölkələrə paylanmasını hədəf seçib. Azərbaycana gəldikdə, ÜST rəsmisi ölkəmizdə peyvəndləmə prosesinin uğurla başladığını deyib.

O bildirib ki, Azərbaycanda yanvarın 18-dən səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb və 80 mindən çox insan peyvənd olunub. Azərbaycan hökuməti əhaliyə peyvəndi əlçatan etmək üçün əlindən gələni əsirgəmir.

Pakistanın Baş nazirinin səhiyyə üzrə xüsusi köməkçisi Feysal Sultan pandemiyaya qarşı mübarizədə vaksinlərin beynəlxalq səviyyədə ədalətli bölünməsi ilə yanaşı, ölkələr daxilində də sistemli bərabər çatdırılmanın vacibliyini qeyd edib. Onun sözlərinə görə, vaksinlərin məhdud təchizatı problemi həll olunmalıdır.

Argentinada Müasir Orta Şərq Araşdırmaları Mərkəzi Fondunun (CEMOC) prezidenti Paulo Botta çıxışında pandemiyanın Latın Amerikasına iqtisadi təsiri barədə danışıb. Bildirilib ki, ənənəvi sosial stimullar və digər tədbirlər görülsə belə, pandemiyadan əvvəlki iqtisadi vəziyyətə geri dönmək çətin olacaq. Onun sözlərinə görə, pandemiya göstərdi ki, texnoloji infrastruktura investisiyalar artırılmalıdır.

Salvadorda Xarici Əlaqələr üzrə Araşdırmalar Mərkəzinin icraçı direktoru Sezar Edqardo Martinez Flores də Latın Amerikası bölgəsində geosiyasi asılılıq probleminin mövcud olduğunu diqqətə çatdırıb. Ekspert bildirib ki, pandemiya çoxtərəfliliyinin vacibliyini bir daha nümayiş etdirib və qlobal problemlərə qlobal yanaşmanın vacibliyini sübuta yetirib.

İsveçrənin Cənub Mərkəzində intellektual mülkiyyət, səhiyyə və biomüxtəliflik məsələləri üzrə proqram koordinatoru Vivyana Munyoz Tellez pandemiyanın başlaması ilə dünyada geosiyasi baxımdan da dəyişikliklərin baş verdiyini deyib. Onun sözlərinə görə, hazırkı mərhələdə qlobal səviyyədə cavab tədbirlərinin artırılmasına ehtiyac var və bu işlərin mühüm hissələrindən biri olaraq ÜST-ün rolu gücləndirilməlidir.

Vebinar sual-cavab sessiyası ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub