COVID-19: Yoluxma artır, ölüm halları azalır
Bakı, 22 dekabr, AZƏRTAC
Ötən həftə dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 3 faiz artıb, ölüm hallarının sayı isə 6 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının həftəlik epidemioloji bülletendə bildirilir. Məlumata görə, dekabrın 12-dən 18-dək Qərbi Sakit Okean (8 faiz artım) və Amerika regionu (18 faiz artım) istisna olmaqla, bütün dünyada koronavirusa yoluxma halları azalıb. Ən çox azalma Cənub-Şərqi Asiyada (36 faiz) və Afrikada (29 faiz) qeydə alınıb.
Həftə ərzində dünya üzrə təxminən 3,7 milyon nəfər koronavirusa yoluxub, 10,4 minə yaxın insan COVID-19 infeksiyası səbəbindən həyatını itirib. Ölüm hallarının sayı yalnız Amerika (3 faiz) və Qərbi Sakit Okean regionlarında (7 faiz) artıb, digər bölgələrdə isə azalma müşahidə olunub.
Pandemiya başlayandan indiyə qədər dünyada koronavirusa yoluxanların ümumi sayı 659 milyon 675 min nəfəri ötüb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 6 milyon 678 min nəfərə, sağalanların sayı 632 milyon 752 min nəfərə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]