Cozef Bayden seçicilər arasında populyarlığına görə Donald Tramp arasındakı fərqi artırıb
Bakı, 3 sentyabr, AZƏRTAC
ABŞ prezidenti postuna demokratların namizədi Cozef Bayden ölkədə seçkiöncəsi partiya qurultayları bitdikdən sonra populyarlığına görə Ağ evin hazırkı rəhbəri Donald Tramp arasındakı fərqi yenidən artırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat SSRS xidmətinin CNN telekompaniyasının sifarişi ilə keçirdiyi sonuncu rəy sorğusunda öz əksini tapıb.
Tədqiqatın nəticələrinə əsasən, hazırda seçicilərin 51 faizi Cozef Baydenə, 43 faizi Donald Trampa səs verəcəyini bildirib. Eyni zamanda, respondentlərin bir faizi digər namizədi dəstəklədiyini, iki faizi heç bir siyasətçiyə etimad etmədiyini deyib, digərləri isə suala cavab verməkdən yayınıb.
SSRS xidmətinin avqustun ortalarında keçirdiyi öncəki rəy sorğusunda Cozef Bayden seçicilərin 50 faizinin, Donald Tramp isə 46 faizinin dəstəyini qazanmışdı. İyun sorğularında isə demokratları dəstəkləyənlərin sayı 55 faiz, respublikaçıları dəstəkləyənlərin sayı isə 41 faiz idi.
CNN telekompaniyasının son məlumatına görə, seçkilər üçün daha çox əhəmiyyət kəsb edən 15 ştatda Cozef Baydenin reytinqi orta hesabla 50 faiz, Donald Trampın reytinqi isə 45 faizdir.
Qeyd edək ki, SSRS xidmətinin avqust ayının 28-dən sentyabrın 1-nə qədər telefon vasitəsilə keçirdiyi sosioloji rəy sorğusunda bütün ölkə ərazisindən 1,1 min amerikalı iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
- 24.09.2026 [05:19]
Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur
- 24.09.2026 [04:22]
Avropa İttifaqı İrana çağırış edib
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]
"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb
- 23.09.2026 [22:19]
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib
- 23.09.2026 [22:01]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:58]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:52]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:36]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:33]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [21:26]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:58]