Cud Bellinqem hakimi təhqir etdiyinə görə iki oyunluq cəzalanıb
Bakı, 19 fevral, AZƏRTAC
İspaniyanın "Real Madrid" komandasının futbolçusu Cud Bellinqem iki oyunluq cəzalanıb.
AZƏRTAC AS nəşrinə istinadən xəbər verir ki, buna yarımmüdafiəçinin La Liqanın XXIV turunda "Osasuna" ilə oyunda (1:1) hakimin ünvanına qeyri-etik ifadələr səsləndirdiyi üçün birbaşa qırmızı vərəqə alması səbəb olub.
İspaniya Kral Futbol Federasiyasının (RFEF) nizam-intizam komitəsi ingiltərəli oyunçunun hakim Munuera Monteroya qarşı işlətdiyi sözləri təhqiredici hesab edib. Buna görə də futbolçu ölkə çempionatında fevralın 23-də "Jirona"ya, martın 2-də isə "Betis"ə qarşı keçiriləcək matçları buraxacaq. Qadağa İspaniya Kral Kubokunun yarımfinalında "Real Sosyedad"la fevralın 26-da təşkil olunacaq ilk matça şamil edilməyəcək.
Madrid təmsilçisi RFEF-in qərarından apellyasiya şikayəti verməyi planlaşdırır. Bellinqem görüşdən sonra referini təhqir etmədiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:45]
Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir
- 05.06.2026 [14:11]
Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır
- 05.06.2026 [13:26]
Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar
- 05.06.2026 [11:32]
Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq
- 05.06.2026 [10:55]