Cüdoçularımız “Böyük dəbilqə” turnirinin ikinci gününü 3 medalla başa vurublar
Bakı, 10 iyul, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin ikinci günündə tatamiyə çıxan 4 cüdoçumuzdan 3-ü medal qazanıb.
AZƏRTAC xəbər verir ki, turnirdə 73 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. O, həlledici görüşündə Gürcüstan təmsilçisi, Olimpiya, dünya və Avropa çempionu Laşa Şavdatuaşvilini “vaza-ari” ilə məğlub edərək, qızıl medala sahiblənib.
Eyni çəki dərəcəsində çıxış edən digər cüdoçumuz Rüstəm Orucov isə üçüncü yer uğrunda mübarizədə Kuba təmsilçisi Maqdiel Estradanı üstələyərək bürünc medala yiyələnib.
Digər cüdoçumuz Səid Mollayi (81 kq) finalda braziliyalı Qilerme Şmitlə qarşılaşıb. Rəqibinə məğlub olan cüdoçumuz gümüş medalla kifayətlənib.
İdmançılarımızın uğurlu çıxışı sayəsində iki günün nəticələrinə görə, Azərbaycan milli yığma komandası kişilər arasında birinci, ümumi komanda hesabında isə Yaponiyadan sonra ikinci yerdə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]