Cüdoçumuz Avropa birinciliyində bürünc medal uğrunda mübarizə aparacaq
Bakı,10 noyabr, AZƏRTAC
Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında Avropa birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, mötəbər yarışın ikinci günündə təmsilçimiz Camal Feyziyev (100 kq-dan yuxarı) rəqiblərinə qalib gələrək yarımfinala yüksəlsə də, bu mərhələdə macarıstanlı Riçard Sipoça məğlub olub. Cüdoçumuz bürünc medal uğrunda italiyalı Aqro Lorentso ilə qarşılaşacaq.
Qitə birinciliyinin ilk günündə Azərbaycan milli komandasının üzvləri üç medal qazanıblar. Qızların yarışında Gültac Məmmədəliyeva (52 kq) gümüş, kişilər arasında Turan Bayramov (60 kq) və Nurlan Osmanov (66 kq) bürünc medala sahib olublar.
Qeyd edək ki, 36 ölkədən 328 idmançının (193 kişi, 135 qadın) yarışdığı Avropa birinciliyində Azərbaycan millisi 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:28]
UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub
- 11.06.2026 [15:58]
Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
- 11.06.2026 [15:48]
İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq
- 11.06.2026 [15:12]
Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub
- 11.06.2026 [15:05]
Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər
- 11.06.2026 [14:46]