Culfa və Ordubad rayonlarında sosial qayğıya ehtiyacı olanlara ərzaq payı verilib
Naxçıvan, 15 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə aztəminatlı, çoxuşaqlı, ahıl şəxslər və sosial qayğıya ehtiyacı olanlara ərzaq payı verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, dünyada pandemiya elan olunan virusun Naxçıvan Muxtar Respublikasında təsirlərinin azaldılması, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması istiqamətində tədbirlər davam etdirilir. Bu tədbirlərin davamı kimi, Culfa və Ordubad rayonlarında yaşayan və sosial qayğıya ehtiyacı olan 60 ailəyə ərzaq payları verilib.
Qeyd edək ki, muxtar respublikada tənha yaşayan və yaşı 65-dən yuxarı olan ahıllar, o cümlədən sosial qayğıya ehtiyacı olan şəxslər müəyyən edilir və onlara evlərində zəruri xidmətlər göstərilir. Naxçıvan şəhərində artıq 50 ailəyə ərzaq payı verilib. Sosial qayğıya ehtiyacı olan şəxslərə ərzaq paylarının verilməsi muxtar respublikanın digər rayonlarında da davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:34]
Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]
Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu
- 13.06.2026 [16:15]