DÜNYA
Cüzeppe Konte: Aİ Rusiya ilə dialoqa daha çox səy göstərməlidir
![Cüzeppe Konte: Aİ Rusiya ilə dialoqa daha çox səy göstərməlidir](/files/2019/2/1200x630/155770205688560220_1200x630.jpg)
Roma, 13 may, AZƏRTAC
Avropa İttifaqı (Aİ) dialoqa daha açıq olmalı və Rusiya ilə dialoqa daha çox səy göstərməlidir.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bunu İtaliyanın Baş naziri Cüzeppe Konte Avropa İttifaqının Rumıniyanın Sibiu şəhərində keçirilən qeyri-rəsmi sammitində çıxış edərkən söyləyib.
“Aİ dialoq üçün daha çevik və açıq olmalıdır. Aİ ABŞ-la strateji münasibətlərini qoruyub saxlamalı və gücləndirməli, Rusiya ilə dialoqa daha çox səy göstərməlidir” , - deyə C.Konte vurğulayıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.07.2024 [19:18]
ABŞ-da atışma zamanı 3 nəfər ölüb
- 01.07.2024 [18:13]
Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb
- 01.07.2024 [18:05]
Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir
- 01.07.2024 [18:04]
Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər
- 01.07.2024 [17:27]
Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb
- 01.07.2024 [17:22]