Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana ciddi təzyiq göstərilməlidir

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana ciddi təzyiq göstərilməlidir

Bakı, 17 mart, AZƏRTAC

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq qurumların qətnamələrinin icrası üçün Ermənistana ciddi təzyiq göstərilməli, sanksiyalar tətbiq olunmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər martın 17-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günther Baxlerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səslənib.

ATƏT-in nümayəndələri ilə mütəmadi olaraq görüşlərin keçirildiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş fikir mübadiləsi aparıldığını vurğulayan Baş nazirin müavini bu müzakirələrin müsbət nəticələri olacağına əminliyini bildirib. ATƏT ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Baş nazirin müavini bu təşkilatla yanaşı, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların da Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələr qəbul etdiklərini vurğulayaraq bildirib: “Çox təəssüf ki, bu qətnamələrin hamısı kağız üzərində qalır. Ümid edirik ki, bu qətnamələrin tələbləri yerinə yetiriləcək. Ancaq bu gün dünyada gedən proseslərə nəzər saldıqda belə fikir yaranır ki, bu münaqişənin həlli hələ çox vaxt aparacaq”.

Bakıda olmaqdan məmnunluğunu bildirən qonaq beş il ərzində Gürcüstanda səfir işlədiyi üçün regiona yaxından bələd olduğunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlı olduğunu vurğulayıb. G.Baxler bildirib ki, Azərbaycan iyirmi ildən artıq müddətdə münaqişə vəziyyətində yaşayaraq, problemin həllinə dair uzunmüddətli danışıqlar apararaq çox çətin yol qət edib. O, səfərinin məqsədinin Azərbaycanda, eləcə də bölgədə baş verən prosesləri ətraflı öyrənmək, qarşılıqlı fikir mübadiləsi aparmaq olduğunu qeyd edib, ATƏT ilə ölkəmizin fəal əməkdaşlığının Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət töhfə verəcəyinə əminliyini bildirib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qonaqlara ətraflı məlumat verən Baş nazirin müavini problemin həlli prosesində ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edib. Münaqişənin həllinə dünya ictimaiyyətinin ikili standartlardan yanaşdığını vurğulayan Əli Həsənov deyib: “Əgər belə olmasaydı, dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasının, həmçinin ATƏT-in, Avropa Şurasının, digər qurumların bu problemlə bağlı qəbul etdikləri qətnamələr icra edilərdi. Lazım gələndə həmin qurumlar bəzi qətnamələri dərhal icra edirlər. O zaman sual ortaya çıxır: nə üçün Dağlıq Qarabağ problemi həll edilmir? Bu sual 24 ildir cavabsız qalır. Ona görə bizdə beynəlxalq qurumlara inam azalıb”.

Son bir neçə onillikdə beynəlxalq miqyasda münaqişələrin sayının artdığını deyən Əli Həsənov bildirib ki, dünyanı daha asan idarə etmək üçün böyük dövlətlər konfliktlərin yaradılmasında maraqlıdır. Ona görə də hazırda beynəlxalq vəziyyət olduqca gərgindir və dünyadakı münaqişələrin heç biri indiyədək həll edilməyib. Böyük dövlətlər məhz bu münaqişələrdən öz maraqları naminə istifadə edirlər. Hazırda postsovet ölkələrində yaşanan münaqişələri keçmiş SSRİ rəhbərliyi sonradan həmin problemlərdən istifadə edərək respublikaların daxili işlərinə müdaxilə edə bilmək üçün yaratmışdı.

Azərbaycanın müstəqilliyin bərpasından sonra qapılarını bütün dünyaya açdığını və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayan Əli Həsənov bildirib ki, Avropa bunun qarşılığında münaqişənin həlli üçün ciddi səy göstərmir. “Biz bütün dünyadan yalnız münaqişənin həll edilməsini istəyirik. İstək olsa bu problemi danışıqlar yolu ilə həll etmək mümkündür. Bu münaqişənin həlli ilə bağlı beynəlxalq qurumların qətnamələrinin icrası üçün Ermənistana ciddi təzyiq göstərilməli, sanksiyalar tətbiq olunmalıdır”, - deyə Komitə sədri qeyd edib.

Baş nazirin müavini bildirib ki, Ermənistanda yerli əhali də bu münaqişədən yorulub və onun həll edilməsini, münasibətlərin normallaşmasını istəyir. Biz də bunu istəyirik. Çünki bir milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətində daha nə qədər yaşaya bilər?! Ermənistanın indiki hakimiyyəti məhz bu münaqişədən istifadə edərək iqtidara gəlib. Ona görə də münaqişənin həll edilməməsinin əsas səbəbkarları Ermənistanın cinayətkar rəhbərliyi, erməni diasporu, Eçmiədzin kilsəsi və onların xarici havadarlarıdır. Bu dövlətin müstəqil mövqeyi yoxdur.

Son illərdə Azərbaycanın sürətlə inkişaf etdiyini, beynəlxalq əlaqələrinin genişləndiyini diqqətə çatdıran Əli Həsənov dövlət tərəfindən qaçqınlar və məcburi köçkünlər üçün müasir standartlara cavab verən qəsəbələrin inşa edildiyini vurğulayaraq deyib: “Son 15-16 ildə 94 müasir qəsəbə salınıb, 250 min qaçqın və məcburi köçkün oraya köçürülüb. Bütün bunların hamısı Dövlət Neft Fondunun hesabına inşa edilib. Azərbaycan il ərzində bir məcburi köçkünə sərf edilən vəsaitin məbləğinə görə dünyada birinci yerdədir. 2003-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idi. Hazırda bu göstərici 5 faiz səviyyəsindədir. Bu göstərici qaçqın və məcburi köçkünlər üçün 75 faizdən 12 faizə enib. Bütün bunlar Azərbaycan Prezidentinin gördüyü konkret işlərin nəticələridir. Azərbaycanda neftdən əldə edilən vəsait böyük ölçüdə sosial proqramların icrasına yönəldilib. Ölkəmizdə neftdən asılılıq ildən-ilə azalır. Bu gün ümumi daxili məhsulun 70 faizdən çoxu qeyri-neft sektorunda istehsal olunur. 2020-ci ilədək iqtisadiyyatın neftdən asılılığının, yoxsulluğun aradan qaldırılacağı nəzərdə tutulur”.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin dünyada baş verən qlobal böhrandan ən az itkilərlə çıxdığını qeyd edən Baş nazirin müavini neftin qiymətinin süni şəkildə aşağı salınmasına baxmayaraq, respublikamızda cari ilin büdcəsində sosial sahə üçün nəzərdə tutulan vəsaitin azalmadığını, böhranın xalqın gündəlik həyatında hiss edilmədiyini diqqətə çatdırıb.

Azərbaycanın 24 ildən artıq müddətdə bir milyondan çox qaçqın və məcburi köçkünün problemləri ilə məşğul olduğunu qeyd edən Əli Həsənov deyib: “Bu problem yarananda Azərbaycan əhalisinin sayı 8 milyon idi. Həmin vaxt ölkə iqtisadiyyatı ağır vəziyyətdə idi. Lakin bütün bu problemlər xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən uğurla həll edildi. Bu problemin həllində ölkəmizlə yaxından əməkdaşlıq edən beynəlxalq təşkilatlar mühüm rol oynayıblar və biz buna görə onlara daim minnətdarıq. Azərbaycan hökuməti bu gün həmin təşkilatların ölkəmizdə sərbəst fəaliyyəti üçün şəffaf şəraitin təmin edilməsini daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyev də həmin təşkilatların fəaliyyətini dəstəkləyir”.

Son illərdə Ermənistanda bütün sahələrdə tənəzzülün yaşandığını deyən Əli Həsənov bildirib ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu dövrdə 1,5 milyondan çox erməni öz ölkəsini tərk edib. ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş ərazilərimizə iki dəfə səfər edib və Ermənistan hakimiyyətinin erməniləri bizim ərazilərimizdə qanunsuz şəkildə məskunlaşdırması hallarını ortaya çıxarıb.

Sürətlə inkişaf edən Azərbaycanın öz ordusunu gücləndirdiyini vurğulayan Baş nazirin müavini diqqətə çatdırıb ki, beynəlxalq hüquq ölkəmizin öz ərazilərini azad etməyə əsas verir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan bir qarış torpağını da güzəştə getməyəcək. Ermənistanın işğalçı mövqeyi bu ölkənin regionda reallaşdırılan mühüm layihələrdən kənar qalması ilə nəticələnib.

Ətraflı məlumata görə təşəkkür edən G.Baxler deyib ki, biz də Azərbaycan kimi beynəlxalq təşkilatların daha fəal işləməsinin tərəfdarıyıq. Ümid edirik, beynəlxalq təşkilatlar mövcud münaqişələrin və problemlərin həllinə töhfə verə biləcəklər. Beynəlxalq təşkilatların fəallığının son dövrdə zəiflədiyini vurğulayan qonaq BMT Təhlükəsizlik Şurasının və digər qurumların qətnamələrinin yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycanın son illərdə bütün sahələrdə sürətlə inkişaf edərək mühüm uğurlar qazandığını vurğulayan G.Baxler respublikamızın qonşu ölkələrlə uğurlu əməkdaşlığını, ölkəmizin qlobal enerji layihələrinin təşəbbüsçüsü olmasını və s. yüksək qiymətləndirib.

Görüşdə iştirak edən Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel diplomatik fəaliyyətinin başa çatdığını, ölkəmizdə işləməkdən məmnun olduğunu vurğulayıb. O, səmərəli əməkdaşlığa görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Baş nazirin müavini səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir