DAHA 10 POLİS ƏMƏKDAŞI ABŞ-DA PEŞƏ TƏCRÜBƏSİ KEÇMİŞDİR
Nümayəndəlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, onlar Azərbaycanın 20-dək rayonunun polis şöbələrinin əməkdaşları arasında keçirilmiş xüsusi müsabiqə əsasında seçilmişdilər. DİN-in Baş Kadrlar İdarəsinin peşə hazırlığı şöbəsinin rəisi, polis polkovnik-leytenantı Əziz İsaxanovun rəhbərliyi ilə onlar ABŞ-ın Vermont ştatının Ueystfield şəhərində 3 həftəlik təcrübə keçmişlər. Onlar şəhərin bir sıra polis məntəqələrində olmuş, Federal Tədqiqatlar Bürosunun və Dövlət Departamentinin əməkdaşları ilə görüşmüşlər.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin təhsil və mədəniyyət işləri şöbəsi tərəfindən maliyyələşdirilən bu proqram çərçivəsində ilin əvvəlində də 10 polis əməkdaşı təcrübə keçmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]