İDMAN
Daha iki karateçimiz Parisdə Olimpiya lisenziyalı turnirdə mübarizəyə başlayır
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan karateçiləri Tokio Yay Olimpiya Oyunlarına növbəti vəsiqələr qazanmaq üçün Parisdə lisenziya turnirində mübarizə aparırlar.
AZƏRTAC xəbər verir ki, turnirin ikinci günündə karateçilərimizdən Roman Heydərov (kata) və Fəridə Abiyeva (kumite, 61 kq) güclərini sınayacaqlar.
“Pyer de Kubertyen” arenasında keçirilən yarışın birinci günündə karateçilərimizdən Firdovsi Fərzəliyev (67 kq) uğurla çıxış edərək üçüncü yeri tutmaqla Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
İyunun 13-dək davam edəcək turnirdə Azərbaycan 6 idmançı ilə təmsil olunur. Yarışda 98 ölkədən 500 karateçi Olimpiadaya vəsiqə uğrunda mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]