DAHA İKİ OĞURLUQ HADİSƏSİNİN ÜSTÜ AÇILMIŞDIR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Əhəd Qədirov narkotik vasitə ilə tutulmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Ə.Qədirov cari ilin iyun və iyul aylarında Sulutəpə qəsəbəsinin sakini Sahib Abdullazadəyə məxsus “Mersedes-190” markalı avtomaşından şəxsi sənədləri və 1 ədəd mobil telefon, Əzimə Kazımovanın evindən videomaqnitofon oğurlamışdır. Həmçinin onun Abşeron rayon sakini Ramin Atakişiyevin etimadını qazanaraq qızıl üzüyünü alması da aşkarlanmışdır.
Bundan başqa, Mingəçevir şəhərində Telman İmanova məxsus mağazadan oğurluq edərkən, Bərdə rayon sakini Anar Bayramov şəhər polis şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur.
Hər iki faktla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]
DİN: Yeddi evdən 5800 manat dəyərində avadanlıq oğurlayan şəxs tutulub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]