Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçiriləcək
Minsk, 7 iyul, AZƏRTAC
İyulun 12-də Minskdə MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan ölkələrin nizamnamə və digər orqanlar yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının (DSNŞ) növbəti iclası keçiriləcək.
Birliyin Minskdəki qərargahının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Birliyin İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev iştirak edəcək.
Görüşdə MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) və Dövlət Başçıları Şurasının (DBŞ) sentyabrın 15-16-da Bişkekdə keçiriləcək iclaslarının gündəliklərinin layihələrini hazırlamaq planlaşdırılır. Bundan əlavə, DSNŞ üzvləri MDB Hökumət Başçıları Şurasının oktyabrın 28-də Minskdə nəzərdə tutulan iclasının gündəliyinin layihəsinə edilən təkliflərə baxacaqlar.
İclasda daimi səlahiyyətli nümayəndələr qurumun Dövlətlərarası Statistika Komitəsinin işçilərinin say tərkibinin optimallaşdırılması məsələsini müzakirə edəcək, MDB DBŞ-nin Birliyin müasir reallıqlara uyğunlaşdırılması haqqında qərarının layihəsini nəzərdən keçirəcəklər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:20]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:18]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [17:56]
Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL
- 08.10.2026 [17:43]
Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni
- 08.10.2026 [17:33]