DANİMARKANIN KRALİÇASI ÜLYAHƏZRƏT II MARQRETEYƏ
Ülyahəzrət,
Ölkənizin milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Ümidvaram ki, Azərbaycan-Danimarka münasibətlərinin, dostluq əlaqələrimizin və əməkdaşlığımızın inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 aprel 2007-ci il.