Daşkənddəki silkvay.uz internet resursu “Azərbaycan və Özbəkistan Böyük İpək Yolunda” sərlövhəli material vermişdir
Daşkənd 20 noyabr (AZƏRTAC). Daşkənddəki silkvay.uz internet resursu “Azərbaycan və Özbəkistan Böyük İpək Yolunda” sərlövhəli geniş material vermişdir.
Məqalədə deyilir ki, Azərbaycan və özbək xalqlarını təkcə minilliklərin dostluq və əməkdaşlıq ənənələri deyil, həm də Böyük İpək Yolu birləşdirir. Müəllif Böyük İpək Yolunun tarixi haqqında ətraflı məlumat verir, bu sahədə Özbəkistanla Azərbaycanın əlaqələri şərh olunur.
Materialda “Azərbaycan” etimologiyasına, bir sıra qədim tarixçilərin bu məsələ ilə əlaqədar şərhlərinə də yer ayırır. Eyni zamanda “Atəşgah” məbədi və Zərdüştiliyin tarixi, Azərbaycanın qədim şəhərlərindən olan Şəki haqqında oxuculara ətraflı məlumat verilir.
Qeyd edək ki, məqalə Özbəkistanın kütləvi informasiya vasitələrində Azərbaycan haqqında ən yaxşı məqalə müsabiqəsinin “Azərbaycan tarixi” nominasiyası üzrə təqdim olunmuşdur. Müsabiqəni Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi keçirir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]