Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Daşkəsən, 24 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Daşkəsən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidləri çavuş Ələsgərov Pərviz Lətif oğlunun və əsgər Zeynalov Arzu Rövşən oğlunun anım mərasimi keçirilib. Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub, məzarlarına güllər düzülüb.
Bildirilib ki, Ələsgərov Pərviz Lətif oğlu 1984-cü ildə Yuxarı Daşkəsən qəsəbəsində anadan olub. O, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Prezidentin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşlərdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Zeynalov Arzu Rövşən oğlu isə 1999-cu ildə Daşkəsən rayonunda anadan olub. O, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Arzu Zeynalov “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.