Daşkəsənlilər Xocalı soyqırımının ildönümünü ümumxalq hüzn günü kimi qeyd etmişlər
Daşkəsən, 26 fevral (AZƏRTAC). Daşkəsəndə Xocalı soyqırımının 21-ci ildönümü ümumxalq hüzn günü kimi qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, Şəhidlər xiyabanına toplaşan rayon ictimaiyyətinin nümayəndələri Vətən yolunda həlak olanların məzarlarını ziyarət etmiş, üzərinə tər qərənfillər düzmüşlər.
Sonra faciənin ildönümü ilə əlaqədar mərasim keçirilmişdir.
Çıxış edənlər o qanlı gecənin dəhşətlərindən danışmışlar. Bildirilmişdir ki, Ermənistan silahlı qüvvələri ilə keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhəri ərazisində yerləşən 366-cı motoatıcı alayının birgə həyata keçirdikləri hücum nəticəsində Xocalı şəhəri yerlə-yeksan edilmiş və köməksiz insanlar soyqırımına məruz qalmışlar.
Mərasimdə məktəblilərin ifasında “Xocalı harayı” ədəbi-bədii kompozisiyası nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]