DAXİLİ İŞLƏR ORQANLARINDA MÜVAFİQ XİDMƏTƏ QƏBUL OLUNMAQ İSTƏYƏN NAMİZƏDLƏR ÜÇÜN TEST İMTAHANI KEÇİRİLMİŞDİR
Müsabiqə aşağıdakı vəzifələr üzrə aparılır:
Cinayət-axtarış üzrə əməliyyat müvəkkili - Astara, Ağstafa, Balakən, Goranboy, Hacıqabul, Neftçala, Salyan, Şəki, Yardımlı, Zərdab şəhər-rayon polis şöbələri;
Polis sahə inspektoru - Astara (3), Balakən, Biləsuvar (3), Beyləqan, Cəlilabad (3), Gədəbəy (2), Göygöl, Xızı, Qusar, Lerik (5), Naftalan, Şəki (2), Tovuz (2), Zərdab şəhər-rayon polis şöbələri;
Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor - Nəqliyyatda Baş Polis İdarəsinin DYNPİ Biləcəri st. XPŞ-nin Keşlə st. XPB, Bakı şəhəri Yasamal və Sabunçu, Astara, Beyləqan, Dəvəçi, Goranboy, Neftçala, Oğuz, Salyan, Şəmkir, Tovuz, Yardımlı rayon polis idarə və şöbələri.
Ərizələrin qəbulu Daxili İşlər Nazirliyi tərəfindən 2008-ci il oktyabrın 27-dən noyabrın 26-dək aparılmışdır.
Müsabiqədə iştirak etmək üçün 77 nəfərin namizədliyi qeydə alınmışdır. Onlara test imtahanında iştirak etmək üçün bu il fevralın 16 və 17-də “İmtahana buraxılış vəsiqəsi” və “Yaddaş kitabçası” təqdim olunmuşdur.
İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim edilmişdir. Onlardan 80 sual ali hüquq təhsili proqramına, daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyə və insan hüquq və azadlıqlarına dair beynəlxalq normalara aid sahələr üzrə, 20 sual isə namizədlərin məntiqi təfəkkürünü yoxlayan suallar olmuşdur. Sualları cavablandırmaq üçün namizədlərə 3 saat vaxt verilmişdir.
Hər düz cavab 1 balla qiymətləndirilir. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılırlar.