DÇ-2018 : Almaniya, İngiltərə və Polşa qrupda liderliklərini davam etdirir
Bakı, 27 mart, AZƏRTAC
Martın 26-da 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində “C”, “E” və “F” qruplarında növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, “C” qrupunun lideri Almaniya bu dəfə də azarkeşlərini sevindirib. Millimiz üzərində 4:1 hesablı qələbə qazanan Lövün yetirmələri qrupda liderliklərini davam etdirirlər. Öz meydanında Norveç millisini məğlub Şimali İrlandiya yığması qrupda ikinci pillədə qərarlaşıb. Qrupun digər oyununda isə Çexiya futbolçuları səfərdə San-Marinonu darmadağın ediblər - 6:0.
“E” qrupunda lider Polşa bu dəfə də qələbə qazanıb. Səfərdə Monteneqro yığmasını 2:1 hesabı ilə məğlub edən polyaklar qrupdakı mövqelərini möhkəmləndiriblər. Digər matçda Ermənistan öz meydanında Qazaxıstanı 2:0 hesabı ilə məğlub edib. Rumıniya-Danimarka görüşü isə heç-heçə başa çatıb.
“F” qrupunda da lider dəyişməyib. İngiltərə yığması “Uembli” stadionunda Litva kollektivinin qapısından iki cavabsız top keçirib. Qrupun digər oyunlarında Slovakiya səfərdə Maltanı 3:1, Şotlandiya isə öz meydanında Sloveniyanı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]