Dəkkə göydələnində yanğın: ölənlərin sayı 16 nəfərə çatıb
Bakı, 28 mart, AZƏRTAC
Bu gün günorta saatlarında Banqladeşin paytaxtı Dəkkədə çoxmərtəbəli binada baş verən yanğın nəticəsində ölənlərin sayı azı 16 nəfərə çatıb, daha 70 nəfər xəsarət alıb.
AZƏRTAC “Daily Star” qəzetinə istinadla xəbər verir ki, həlak olanların sayı artmaqda davam edir. İyirmi bir yanğın briqadası alovu söndürməyə və binadakı insanları xilas etməyə çalışır. Əməliyyatlara Banqladeş ordusu, donanması və hərbi hava qüvvələri də qoşulub.
Xatırladaq ki, 19 mərtəbəli binada yanğın yerli vaxtla saat 13:00 radələrində başlayıb. Hadisənin səbəbləri hələlik məlum deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]