Dənizçilərin sertifikatlaşdırılması prosesinin optimallaşdırılmasında yeniliklər edilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Dövlət Dəniz və Liman Agentliyində dənizçilərin sertifikatlaşdırılması işinin, o cümlədən dənizçilərə sertifikatların (diplomların) verilməsi üzrə imtahanların təşkili, bununla bağlı ərizələrin qəbulu prosesinin təkmilləşdirilməsi istiqamətində islahatlar həyata keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, cari il oktyabr ayının 1-dən etibarən sertifikatların (diplomların) verilməsi üzrə agentlikdə təşkil olunan imtahanlar həftənin bazar ertəsi, çərşənbə və cümə günləri olmaqla saat 09:00, 11:00 və 14:00-da keçiriləcək.
Digər yenilik gəmi heyəti üzvləri ilə bağlıdır. Müvafiq sahə üzrə təhsili olan dənizçinin sənədi “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ) Beynəlxalq Konvensiyanın, eyniadlı məcəllənin və Beynəlxalq Dəniz Təşkilatının müvafiq model kurslarının minimum tələblərinə cavab verərsə, həmin şəxs sertifikat (diplom) əldə etmək imkanı qazanacaq.
Dənizçilər həyata keçiriləcək yeniliklərlə bağlı agentliyin Çağrı mərkəzinə (012 497 44 05) zəng etməklə, eləcə də [email protected] e-poçt ünvanına müraciət göndərməklə ətraflı məlumat əldə edə bilərlər.
Qeyd edək ki, islahatların məqsədi dənizçilərin sertifikatlaşdırılması prosesinin optimallaşdırılması, daha keyfiyyətli və operativ xidmət göstərməklə vətəndaş məmnunluğunun artırılmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]