Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Azərbaycan addım-addım öz məqsədlərinə doğru irəliləyir və istədiyi nəticəyə nail olur

Deputat: Azərbaycan addım-addım öz məqsədlərinə doğru irəliləyir və istədiyi nəticəyə nail olur

Bakı, 20 aprel, AZƏRTAC

Hazırda dünyada gedən mürəkkəb ictimai-siyasi, iqtisadi böhran və hərbi gərginliklər fonunda beynəlxalq arenada ölkəmizin əhəmiyyəti daha da artır. Əlbəttə, Azərbaycan 44 günlük Vətən müharibəsini Qələbə ilə başa vurmaqla BMT Qətnamələrini özü icra etdi. Eyni zamanda, ölkəmizin suveren hüquqları və ərazi bütövlüyü bərpa edilmiş oldu. Müharibənin nəticələri əsasında yeni geosiyasi və geoiqtisadi vəziyyət yaranıb. Aprelin 12-də keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha bu məsələni önə çəkərək bildirdi ki, dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul ediblər. Bu, beynəlxalq təşkilatlarla aparılan fəal əməkdaşlığın əsasında baş verib. Azərbaycan bir çox ölkələrlə iki və çoxtərəfli əməkdaşlıq edir, birgə layihələri reallaşdırır. Dövlətimizin başçısının apardığı balanslı xarici siyasət nəticəsində ölkəmizin nüfuzu gündən-günə artır. Otuz illik müstəqillik tarixində Azərbaycan daim etibarlı dövlət kimi özünü tanıda bilib. Bunun nəticəsidir ki, ayrı-ayrı dövlətlərlə yanaşı, mühüm beynəlxalq təşkilatlar da dövlətimizə hörmətlə yanaşır.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri professor Hicran Hüseynova bildirib.

O qeyd edib ki, bu yaxınlarda mədəniyyət paytaxtımız olan Şuşa şəhərində BMT xətti ilə Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr olunmuş beynəlxalq tədbirin keçirilməsi xüsusilə təqdirəlayiq idi. Bu konfrans bir daha göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu qurumun, onun Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar kağız üzərində qalmışdır və Qarabağ münaqişəsinin Azərbaycan tərəfindən birtərəfli qaydada həll edilməsi Prezident İlham Əliyevin dediyi kimi BMT-nin üzərindən bu yükü götürmüş oldu. Xüsusilə də bu tədbirin Şuşa şəhərində keçirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Əlbəttə ki, bu hadisə Ermənistanda narazılıqla qarşılandı, bəyanatlar verildi. Ancaq qarşı tərəf artıq dərk etməlidir ki, biz öz torpaqlarımızı erməni işğalından azad etmişik və onların yersiz iddiaları yalnız onların əleyhinədir.

Deputat xüsusilə vurğulayıb ki, dövlətimizin başçısının çevik və uzaqgörən diplomatik bacarıqları nəticəsində Azərbaycan qoşulmama prinsipini əsas götürməklə, praqmatik siyasət həyata keçirir. Bu yanaşma dünyada gedən proseslər fonunda mühüm pozitiv nəticələrin əldə olunmasında vacib şərtlərdən biridir. Müşavirə zamanı Prezident İlham Əliyevin Azərbaycanın BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatındakı fəaliyyətini, eləcə də bu təşkilatın ölkəmizə verdiyi dəstəyi qiymətləndirərkən bildirib: “Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm müharibədən sonra Azərbaycanla həmrəy olduğunu nümayiş etdirdi”. Qoşulmama Hərəkatı özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycan sədrlik dövründə bu qurumu yenidən canlandırdı. Gənclər və Parlamentlər şəbəkəsi təsis olundu. Ölkəmiz COVID-19-un yaratdığı fəsadların aradan qaldırılması və vaksin millətçiliyinin qarşısının alınması sahəsinə mühüm töhfələr verdi. Bu səbəbdən də bütün üzv dövlətlərin razılığı və dəstəyi ilə Azərbaycanın sədrliyi daha bir il uzadılmışdır. Bu, dövlətimizə, onun başçısı İlham Əliyevə göstərilən böyük etimadın, inamın təzahürüdür. Öz növbəsində Qoşulmama Hərəkatı da Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirdi.

İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də Azərbaycanın aktiv fəaliyyət göstərdiyinə diqqət çəkən Milli Məclisin komitə sədri deyib: “İslam Əməkdaşlıq Təşkilatı işğal dövründə dəfələrlə ədalətli, bizim mövqeyimizi əks etdirən qərar-qətnamələr qəbul edib. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri səviyyəsindəki toplantıda ölkəmizin mövqeyini dəstəkləyən, o cümlədən Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılmasına dair önəmli qərar-qətnamələr qəbul olunub.

Həmin müşavirədə Prezident İlham Əliyev ATƏT-lə bağlı münasibət bildirərkən təşkilatı və onun Minsk qrupunu fərqləndirməklə onların fəaliyyətinə qiymət verdi. Bu yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşünü qeyd edən dövlətimizin başçısı bildirdi: “Görüş bir daha onu göstərdi ki, ATƏT də yeni reallıqları qəbul edir və bu da çox əlamətdar hadisədir”. Lakin ATƏT-in Minsk qrupuna gəldikdə isə qeyd etmək lazımdır ki, müharibədən dərhal sonra Minsk qrupunun həmsədrləri Bakıya gəlmişdilər. Azərbaycan dövlətinin, ölkə Prezidentinin mövqeyi birmənalıdır. ATƏT-in Minsk qrupu 28 il fəaliyyətdə olub, ötən dövr ərzində həmsədr ölkələr həm Azərbaycana, həm də Ermənistana dəfələrlə səfər ediblər. Lakin heç bir nəticə əldə olunmamışdır. Nəhayət Azərbaycan hərbi-siyasi yolla özü bu münaqişəni həll etdi. Artıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Bununla da Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər, çünki məsələ öz həllini tapıb”.

Hicran Hüseynova deyib ki, Vətən müharibəsindən sonra Avropa İttifaqı - Azərbaycan münasibətləri daha intensiv xarakter alıb. Bu təşkilat da postmünaqişə dövrünün reallıqlarını qəbul edib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilib. Bu görüşlərdə diqqət çəkən ən önəmli məqamlardan biri odur ki, yekun sənədlərdə “Dağlıq Qarabağ” adı yoxdur. Azərbaycanın etirazı qəbul edilərək nə “Dağlıq Qarabağ”, nə “münaqişə”, nə də “ATƏT-in Minsk qrupu” ifadələri yoxdur. Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və aprelin 6-da keçirilmiş görüşdə bu məsələlər müzakirə edilib. İki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün Azərbaycanın 5 prinsipdən ibarət təklifinə Ermənistan tərəfi də müsbət yanaşıb və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilib. Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Otuz il ərzində birinci dəfə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında telefon söhbəti də olub. Bu təcrübə müsbət qiymətləndirilməlidir. Çünki iki ölkə arasındakı münasibətləri özləri həll etməlidir. Sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. Azərbaycan addım-addım öz məqsədlərinə doğru irəliləyir və istədiyi nəticəyə nail olacaqdır. Bunun üçün münbit imkanlar yaranıb.

“Bu gün regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində çox mühüm işlər görülür. Bu təşəbbüslərdən biri də “3+3” əməkdaşlıq formatıdır. Bu ideyanı ilk olaraq qardaş Türkiyə dövləti dəstəkləyib. Prezident İlham Əliyevin dediyi kimi: “Bizə bu formatlar, sadəcə olaraq, görüntü naminə lazım deyildir. Bu formatlar əgər konkret nəticə verməsə, onda onun əhəmiyyəti də itəcəkdir”.

Beləliklə, Azərbaycan postmüharibə mərhələsinə böyük uğurlar qazanmağa imkan verən mükəmməl xarici siyasət kursuna malik Cənubi Qafqazın lider dövləti kimi qədəm qoyub. Ona görə də balanslı siyasət yürütmək vacibdir və bu gün Azərbaycanın həyata keçirdiyi bu müdrik siyasət dövlətimizin başçısının strateji uzaqgörənliyini bir daha təsdiqləyir”, - deyə deputat qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir