Azərbaycan Dövlət İnformasiya Agentliyi

Deputat: Beynəlxalq Məhkəmə Ermənistanın ümidlərini doğrultmadı

Deputat: Beynəlxalq Məhkəmə Ermənistanın ümidlərini doğrultmadı

Bakı, 10 dekabr, AZƏRTAC

Qırx dörd günlük müharibə nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçirərək 30 ilə yaxın işğal altında qalan torpaqlarını erməni işğalından azad etdi. Azərbaycan dövləti erməni vandalları tərəfindən darmadağın edilmiş, qarət olunmuş ərazilərimizin bərpası üçün bütün gücünü səfərbər edib yeni quruculuq işlərinə başlayıb. Tarixində ən ağır məğlubiyyətə uğramış Ermənistan üçün isə daha ağır sınaqlar dövrü başlanıb.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

O qeyd edib ki, uzun illər yenilməzlik haqqında miflərlə bəslənən irqçi-türkofob erməni cəmiyyətinə təslim aktını həzm etdirmək, puça çıxmış xəyalları unutdurmaq və eyni zamanda, Azərbaycanın postmüharibə dövrü üçün irəli sürdüyü şərtləri yerinə yetirmək Ermənistan hakimiyyətini çıxılmaz vəziyyətə salıb. Yeni yaranmış reallığı qəbul edib qonşularla münasibətləri normallaşdırmaq əvəzinə ermənilər gah hərbi revanş, gah da inkarçılıq yolunu tutmağa səy göstəriblər. Azərbaycanın tələblərini yerinə yetirməmək üçün Ermənistan sərhədyanı bölgələrdə təxribat törətmək, mümkün olan və olmayan bütün bəhanələrlə beynəlxalq təşkilatlar, eləcə də Beynəlxalq Ədalət Məhkəməsi qarşısında Azərbaycana qarşı əsassız iddialar qaldırmaqla 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatın tələblərini yerinə yetirməkdən yayınmağa çalışdı. Belə cəhdlərdən biri də bu ilin sentyabr ayında Ermənistanın Beynəlxalq Məhkəmədə Azərbaycana qarşı qaldırdığı iddia idi.

Ermənistanın müraciətində “Hər cür diskriminasiya növlərinin ləğv olunması” haqqında Beynəlxalq Konvensiyanın Azərbaycan tərəfindən pozulduğu iddia olunur, bütün erməni “əsirlərinin” dərhal azad olunması, Bakıda açılmış Hərbi Qənimətlər Parkının bağlanması və “ermənilərə qarşı milli nifrətin qızışdırılmasına son qoyulması” və eləcə də azad olunmuş ərazilərdə “erməni tarixi-mədəni abidələrini” ziyarət etmək üçün lazımi şərait yaradılması haqqında tələblər irəli sürülmüşdü. Bu günlərdə Haaqa məhkəməsi Ermənistanın müraciətinə baxaraq onun iddialarına rədd cavabı verdi. Üstəlik, Azərbaycana qarşı revanş çağırışlarının qarşısının alınması ilə bağlı Ermənistan hakimiyyəti üzərinə məsuliyyət də qoyuldu.

Məhkəmədən sonrakı ilk gündə erməni mətbuatının şərhçiləri məhkəmə qərarını müxtəlif istiqamətlərdə öz xeyirlərinə yozmağa çalışsalar da daha sonra məhkəmə qərarından məyusluqlarını gizlədə bilmədilər. Beləliklə, növbəti dəfə Ermənistan hakimiyyətinin və diasporunun müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana təzyiq etmək planları iflasa uğradı. Dekabrın 15-də Azərbaycan və Ermənistan rəhbərləri arasında Brüsseldə keçiriləcək görüş ərəfəsində Nikol Paşinyanın öz mövqeyini qismən də olsa möhkəmləndirmək cəhdi boşa çıxdı. Amma görüş gününə qədər erməni ideoloqlarının düşünüb-daşınıb ölkəmizə qarşı yeni iddialar uydurmayacağına da zəmanət yoxdur.

“Bütün bunları izlədikcə erməni inadkarlığına və həyasızlığına heyrətlənməmək olmur. Bütün yazılmış və yazılmamış qayda-qanunlara görə, qonşu ölkənin torpaqlarını işğal edib etnik təmizləməyə məruz qoymuş və sonra döyüş bölgəsində biabırsızlıqla məğlub olmuş bir ölkənin idarəçiləri nəhayət öz günahlarını etiraf edib sivil dünyanın qanunları ilə yaşamağa qərar verməli idi. Amma Ermənistan siyasətçiləri hələ də öz beynəlxalq siyasət strategiyalarını orta əsrlər qanunları ilə müəyyənləşdirirlər. Yeni müttəfiqlər tapmaq və Azərbaycana siyasi-diplomatik təzyiqləri artırmaq ümidi ilə bölgədə sülhyaratma proseslərini ləngitməyə çalışan Ermənistan hakimiyyəti hələ də Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya işlərinə başlamağa tələsmir, 2020-ci il 9 noyabr Bəyanatının 9-cu bəndində nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması ilə bağlı müvafiq addımları atmır. Lakin bütün bu ümidlər əbəsdir. Yeni reallıqların Azərbaycan üçün yaratdığı imkanların fonunda ordusu məhv olmuş və iqtisadiyyatı defolt səviyyəsinə yaxınlaşan Ermənistan siyasi-iqtisadi dalana dirənmiş vəziyyətdədir. Bu dalandan çıxmağın yeganə yolu isə dəfələrlə deyildiyi kimi, bütün qonşu dövlətlərlə, o cümlədən, ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqla mahiyyətcə yeni müstəqil Ermənistan dövlətinin qurulmasına başlamaqdan keçir. Ermənistan siyasi dairələrinin bu həqiqəti dərk etməsi ilk növbədə erməni xalqının gələcək taleyi baxımından önəmlidir. Lakin yaranmış pat vəziyyətindən sui-istifadə etməklə ayrı-ayrı klanların Paşinyan hökumətini devirmək və siyasi hakimiyyətə yiyələnmək uğrunda apardığı gərgin mübarizə Ermənistanda hələ də reallığın dərk olunmadığını göstərir. Bu gedişlə XXI əsrin erməni tayfasının növbəti kütləvi köç əsri kimi tarixə düşmək fürsəti var”, - deyə C.Feyziyev vurğulayıb.

Azərbaycanı isə tamamilə fərqli bir gələcəyin gözlədiyini qeyd edən deputat deyib: “Ölkəmizdə yaşayan bütün millətlərin və xalqların Azərbaycan adlı böyük bir ailədə xoşbəxt gələcək qurmaq perspektivi qarşısında artıq heç bir maneə qalmayıb. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində sürətlə aparılan bərpa və yenidənqurma işləri tezliklə məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını təmin edəcək. Azad edilmiş ərazilərdə iqtisadi fəallığın bərpa olunması isə Azərbaycan iqtisadiyyatının inkişafına və nəticə etibarilə vətəndaşların sosial rifah vəziyyətinin daha da yaxşılaşmasına gətirib çıxaracaq. Ermənistanın iradəsindən asılı olmayaraq sərhədlər də müəyyənləşəcək və Zəngəzur dəhlizi də fəaliyyətə başlayacaq. Uduzan yenə də Ermənistan olacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Lala” qasırğası Havay adalarının Böyük adasına yaxınlaşır

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza

Serbiyada Dunay çayında son 100-150 ilin ən aşağı su səviyyəsi qeydə alınıb

Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var – YENİLƏNİB

Səudiyyə Ərəbistanında Kanada mənşəli şahin 346 min dollara satılıb

Moskva-Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb

Almaniyada meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam etdirilir

Fransada meşə yanğınları fonunda Makron məzuniyyətə çıxdığı üçün müxalifətin tənqidinə məruz qalıb

Mərakeşdə İspaniyanın Seuta anklavına keçməyə çalışan 111 miqrant saxlanılıb

Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib

Qətər XİN İrana məxsus hərbi pilotların əsir götürülməsi barədə iddiaları təkzib edib

Səfər çərçivəsində verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir ŞƏRH

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Beyləqanda bir nəfər suvarma kanalında batıb

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH

Xankəndi və Baia Mare qardaşlaşır - FOTO

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

İsveç Avropada “Team Racing” üzrə ilk dünya çempionatına ev sahibliyi edir

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər

Fransada irqçilik və ayrı-seçkilik: Tolerantlıq yüksək olaraq qalır, irqçi əməllər isə artır

İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var – YENİLƏNİB

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb

Türkiyədə 800-dən çox şəxsi aldadaraq 116 milyon lirə mənimsəyən qruplaşma ifşa edilib

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

“EasyJet”in Fransadakı ekipaj üzvləri tətilə başlayıblar

Cəlilabadda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

Amerikalı basketbolçu "Neftçi"də

Fransanın Land departamentində 1300 hektar meşə sahəsini yanğın bürüyüb

İmişlidə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək

Bu saata olan əsas xəbərlər

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Metronun “28 May” və “Nizami” stansiyaları arasında sərnişinlərin daşınması üçün 6 ekspres və 20 müntəzəm avtobus marşrutu müəyyənləşdirilib

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Ötən gün 73 cinayətin açılması təmin olunub

Bu gün Ümumdünya Sahibsiz Heyvanlar Günüdür

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Premyer Liqa: Son çempion "Sabah" ilk oyununa çıxır

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

Media: NATO-nun müdafiə planındakı uğursuzluq Ukraynaya çətinlik yaradır

Pekindən Mançesterə uçan təyyarə Krasnoyarskda təcili eniş edib

Kolumbiyada mədəndə partlayış nəticəsində 6 nəfər həlak olub

Rusiya-Şimali Koreya sərhədində körpü tikintisi başa çatır

Tramp: İranı məhv etmək istəmirik, amma hər şeyə qadirik

Braziliyadakı sarı qızdırma epidemiyasının səbəbi tapılıb

Texasdakı qəzadan sonra ABŞ-də “Apache” helikopterlərinin uçuşları dayandırılıb

İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub VİDEO

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub VİDEO

Qərbi Afrikada iqlim fəlakəti: 32 milyon insan evini tərk edə bilər

ABŞ Bolqarıstana “F-16 “qırıcılarının çatdırılmasını 2030-cu ilə qədər təxirə salır

Qazaxıstandakı beynəlxalq toplantıda Azərbaycanın gənc yol müfəttişləri ölkəmizi təmsil edirlər

Tramp Kamala Harrisin sərhəd siyasətini tənqid edib

Türkiyə Superliqası: "Qalatasaray" mövsümə xal itkisi ilə başlayıb

Kanada İranın 5 yüksəkvəzifəli şəxsini sanksiya siyahısına saldı

Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb YENİLƏNİB

“Kapellhaus Garden Hall”: Ulduzlu səma altında klassik musiqi səslənib

"Bloomberg": ABŞ Kubaya qarşı iqtisadi təzyiqləri gücləndirir

Güclü leysan Tbilisi və ətraf bölgələrdə ciddi fəsadlar törədib

Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində

Rəcəb Tayyib Ərdoğan: AK Parti – Türkiyənin uğurlarının əsas hərəkətverici qüvvəsidir

Almaniyanın altı əyalətində meşə yanğınları baş verib

Böyükşor gölündə yaşıl rəngli kütlə müəyyən edilib – laborator analizlər aparılır

FHN: Qubadakı zəlzələ nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb

Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsinin nəticələri açıqlanıb

“Neftçi” fransalı futbolçu ilə yollarını ayırıb

Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib

Quba rayonunda zəlzələ baş verib