Dərnək rəhbəri: İstanbulda Behbud xan Cavanşirin xatirəsinin əbədiləşdirilməsi mühüm hadisədir
İstanbul, 18 dekabr, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında ən vacib dövlət xadimlərindən olan və İstanbulda qaldığı “Pera Palace” otelinin qarşısında erməni terrorçu Misak Torkakyan tərəfindən qətlə yetirilən Behbud xan Cavanşirin xatirəsinin məhz İstanbulda əbədiləşdirilməsi mühüm hadisədir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) rəhbəri Səfər Qaraqoyunlu bildirib.
Bu abidənin erməni terrorçuları tərəfindən bu günə qədər azərbaycanlılara və türklərə qarşı törədilən cinayətlərin bir nümunəsi olduğunu vurğulayan S.Qaraqoyunlu deyib: “Terrorun hər növünü şiddətlə qınayır, Behbud xan Cavanşirin simasında xaricdə qətlə yetirilən bütün diplomatlarımızı rəhmət və hörmətlə anırıq”.
Aradan 98 il keçməsinə baxmayaraq, bu kimi faciələrin unudulmadığını vurğulayan dərnək rəhbəri bu abidənin hazırlanmasında və məhz Behbud xan Cavanşirin qətlə yetirildiyi ərazidə yerləşdirilməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]