İQTİSADİYYAT
DGK sədri Şirvanda vətəndaşları qəbul edib
![](/files/galleryphoto/2023/3/1200x630/17006556832327514017_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17006556833823723717_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17006556831679847852_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17006556835247611033_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17006556834038418165_1200x630.jpg)
Bakı, 22 noyabr, AZƏRTAC
Noyabrın 22-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Şirvan şəhər Gənclər Evində Şirvan şəhəri və Hacıqabul rayonundan olan vətəndaşları qəbul edib.
DGK-dən AZƏRTAC-a bildirilib ki, komitə sədri qəbuldan əvvəl Şirvan şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Daha sonra Şirvan şəhərindəki Şəhidlər Xiyabanında ucaldılan Ana abidəsi ziyarət edilib, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Şirvan şəhərinin və Hacıqabul rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.