Azərbaycan Dövlət İnformasiya Agentliyi

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 12 il keçir

Bakı, 5 iyul (AZƏRTAC). Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xaricdə yaşayan soydaşlarımızla sistemli iş aparılması, diaspor quruculuğunun dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi bu sahədə xüsusi qurumun təsis edilməsi zərurətini yaratmışdı. Bunu nəzərə alan ulu öndər Heydər Əliyev 2002-ci il iyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin təsis olunması ilə bağlı Fərman imzalamışdır.

Komitə yarandığı ilk gündən onun qarşısında duran əsas məqsədlər xaricdəki soydaşlarımızın təşkilatlanması, onlarla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il noyabrın 19-da imzaladığı Sərəncamla isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır.

Ötən 12 ildə Dövlət Komitəsi Dünya Azərbaycanlılarının II Qurultayı, Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin Forumu, Dünya azərbaycanlılarının III Qurultayı, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının toplantıları kimi tədbirləri keçirməklə, Dünya Azərbaycanlılarının Xartiyasını hazırlamaqla qarşıya qoyulmuş ilkin məqsədlərə - azərbaycanlıların təşkilatlanmasına nail olmuşdur. Bu gün dünyanın 50-dən çox ölkəsində 462 Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir ki, bunun da yarıdan çoxu son on ildə təsis olunmuşdur.

Diasporla İş üzrə Dövlət Komitəsinin prioritet istiqamətlərindən biri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır ki, qurum ötən dövr ərzində bu sahədə məqsədyönlü fəaliyyət göstərmişdir. Belə ki, 12 il ərzində Dövlət Komitəsinin dəstəyi ilə keçirilmiş 2500-dən artıq tədbirin yarısı məhz dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırmağa, erməni təcavüzünə, Xocalı faciəsinə obyektiv qiymətin verilməsinə xidmət etmişdir. Keçirilmiş tədbirlərin böyük bir hissəsi isə mədəni irsimizin təbliği, lobbi quruculuğu və digər istiqamətlərdə olmuşdur. Bu tədbirlər ölkəmizin beynəlxalq aləmdə təbliğinə mühüm töhfələr vermiş, dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlığın inkişafında önəmli rol oynamışdır. Məhz bu fəaliyyətin nəticəsində ABŞ-da Xocalı soyqırımını tanıyan ştatların sayı 15-ə çatmışdır. Ötən ildə Ağ Evin rəsmi saytında petisiyanın yerləşdirilməsi, qısa müddətdə 125 mindən çox imza toplanması da Azərbaycan diasporunun fəaliyyətinin nəticəsi idi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” kampaniyası bu sahədə görülən işləri daha da sürətləndirmiş, səmərəsini xeyli artırmışdır. Bundan başqa, diaspor təşkilatları hər il dünyanın bir çox ölkəsində Xocalı soyqırımı ilə bağlı müxtəlif aksiya və tədbirlərlə yerli ictimaiyyətin diqqətini bu hadisəyə yönəltməyə çalışmışlar. Belə tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrinin parlament üzvləri, dövlət rəsmiləri, ictimai və siyasi xadimləri, KİV nümayəndələri ilə görüşlər keçirilmiş, onların bir çoxunun Azərbaycana səfərləri təşkil olunmuşdur.

Dövlət Komitəsi öz fəaliyyəti dövründə xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının müdafiəsi işinə də xüsusi önəm vermişdir. MDB məkanında, xüsusən Rusiyada, Ukraynada yaşayan soydaşlarımızın vətəndaş hüquqlarının etibarlı müdafiəsinin təmin olunması məqsədilə hüquq müdafiə mərkəzləri təsis edilmişdir. Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini həll etmək, onların cəmiyyətə inteqrasiyasını təmin etmək isə Dövlət Komitəsinin xüsusi diqqət ayırdığı istiqamətlərdəndir. Gürcüstanda 2008-ci ildən fəaliyyət göstərən Azərbaycan məktəblərində “Gürcü dili” kursları açılmış, həmin kurslar hər cür dərs vəsaiti, lüğət və digər zəruri materiallarla təmin olunmuşdur. Məhz həmin kursların açılması ilə Gürcüstanın ali məktəblərinə qəbul olunan azərbaycanlıların sayında nəzərəçarpacaq artım müşahidə olunmuşdur. Təkcə 2010-2011-ci tədris ilində Gürcüstan ali məktəblərinə qəbul olmuş 458 tələbənin 350-dən çoxu “Gürcü dili” kurslarının dinləyiciləri idi. Halbuki əvvəlki illərdə bu rəqəm cəmi 20 nəfər olurdu. Hazırda Gürcüstanın ali məktəblərində 1600-dən çox tələbə təhsil alır.

Diasporla İş üzrə Dövlət Komitəsinin prioritet istiqamətlərindən biri də türkdilli ölkələrlə münasibətlərin inkişafıdır. Bu məqsədlə ötən müddət ərzində Bakıda türkdilli ölkələrin diaspor qurumları və təşkilat rəhbərlərinin bir neçə toplantısı keçirilmişdir. Bu tədbirlər türkdilli xalqların diasporunun birgə fəaliyyəti, xüsusilə də türkdilli xalqları narahat edən məsələlərin dünya ictimaiyyətinə çatdırılması və müəyyən məsələlərin həlli baxımından əhəmiyyətli olmuşdur. Bu istiqamətdə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan diasporunun birgə fəaliyyətini təmin etmək məqsədilə ortaq fəaliyyət strategiyası qəbul olunmuşdur. Artıq azərbaycanlıların demək olar bütün təbliğat xarakterli tədbirlərində, aksiyalarda türkdilli ölkələrin bayraqları görünür. Hazırda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin diasporunun beynəlxalq arenada mövqeyini daha da gücləndirmək və fəaliyyət göstərdiyi ölkələrdə təsir dairəsini artırmaq üçün əlaqələndirmə mərkəzlərinin qurulması prosesinə başlanılmışdır.

Bütün bunlarla yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsi nüfuzlu beynəlxalq qurumlarla sıx əməkdaşlığa da xüsusi diqqət ayırır. Dövlət Komitəsinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu ilə birgə 2013-cü və 2014-cü illərdə təşkil etdiyi Beynəlxalq Forumda onlarla ölkədən 200-dən artıq nümayəndə - yüksək səviyyəli rəsmilər, sabiq dövlət və hökumət başçıları, alimlər, ekspertlər iştirak etmişlər. Əsas müzakirə mövzularından biri də Dağlıq Qarabağ münaqişəsi olan Forum Azərbaycanın müsbət imicinin formalaşdırılması, tolerantlıq məkanı kimi tanınması istiqamətində atılmış mühüm addımlardan biri olmuşdur.

Diasporla İş üzrə Dövlət Komitəsi öz fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi əhəmiyyət verir. Ötən il dekabrın 2-də Bakıda Dünya Azərbaycanlılarının Onlayn Forumu keçirilmişdir. Qurum bu ənənəni davam etdirmək niyyətindədir.

Diasporla İş üzrə Dövlət Komitəsi Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında göstərilmiş Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi və ölkəmizlə bağlı həqiqətlərin təbliğində müasir informasiya texnologiyalarının tətbiqi, xaricdəki azərbaycanlıların inteqrasiyasının sürətləndirilməsi, digər xalqların diaspor təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi, türk dünyasının birliyi ideyalarının yayılması və həyata keçirilməsi, lobbi quruculuğu istiqamətlərində öz fəaliyyətini davam etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO