DİM-də fizika və ədəbiyyat fənləri üzrə işçi qruplarının iclası keçirilib
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də Dövlət İmtahan Mərkəzində (DİM) fizika və ədəbiyyat (rus bölməsi) fənləri üzrə işçi qruplarının iclası keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iclasda fizika fənni üzrə I və IV ixtisas qrupları üçün, ədəbiyyat (rus bölməsi) fənni üzrə isə III ixtisas qrupu üçün ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub.
Müzakirələr nəticəsində imtahan modelində nəzəri biliklərin tətbiqinə yönəlmiş, məntiqi düşünməyə əsaslanan, səbəb-nəticə əlaqələri üzərində qurulan sxem, qrafik, cədvəl formalı tapşırıqlara üstünlük verilib. Həmçinin Eyler-Venn diaqramı və klasterdən istifadəyə, situasiya və mətnə aid tapşırıqların elmi metodiki xüsusiyyətlərinə xüsusi diqqət yetirilib.
İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.
Qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının 1 ci nömrəsində dərc ediləcək.
İşçi qrupunun növbəti iclası dekabrın 1-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]
“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb
- 16.06.2026 [11:29]
DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib
- 16.06.2026 [11:25]