DİN: Oğurluqda şübhəli bilinən 4 nəfər saxlanılıb
Bakı, 23 fevral, AZƏRTAC
Paytaxtın Yasamal rayonu ərazisində bir nəfərin içərisində pulu, bank kartları olan pulqabısının və mobil telefonunun oğurlanması, həmin bank kartından isə 469 manatının çıxarılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Akif Əliyev və Vəli Şamıyev müəyyən olunaraq saxlanılıblar.
Bundan əlavə, fevralın 17-də isə bir nəfərin itirdiyi bank kartından 100 manat dəyərində alış-veriş edilməsi barədə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Telman Hüseynov və Elməddin Eyubov müəyyən olunaraq saxlanılıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:04]
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb
- 12.10.2026 [20:22]
Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır
- 12.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 12.10.2026 [19:03]
ETSN-in əməkdaşları qan veriblər
- 12.10.2026 [18:50]
Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb
- 12.10.2026 [18:33]
Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq
- 12.10.2026 [18:14]