DİN Qobustanda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb
Bakı, 25 avqust, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) Qobustan rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 24-də saat 15 radələrində Qobustan rayonunun Nərimankənd kəndi ərazisində Zaqatala rayon sakini Ə.Nəbiyevin idarə etdiyi “Mercedes-Vito” markalı mikroavtobus aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlərdən Qax rayon sakini Əminə Şövkətli hadisə yerində ölüb. Xəsarət almış digər sərnişin xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]