Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ilin altı ayında görülmüş işlər müzakirə olunub

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib. Bu barədə AZƏRTAC-a komitədən məlumat verilib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı toplantını açaraq Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasa diqqəti cəlb edib. Ötən 6 ay ərzində ölkəmizdə qarşıda duran bütün vəzifələrin uğurla icra edildiyini deyən Dövlət Komitəsinin sədri Azərbaycanın iqtisadi və beynəlxalq siyasət sahələrində uğurlar əldə etdiyini vurğulayıb. Bu ilin dövlət başçısı tərəfindən ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini diqqətə çatdıran Mübariz Qurbanlı bu münasibətlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icmaların üzvləri arasında məqalə müsabiqəsi və tədbirlərin keçirildiyini, eləcə də “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda kitabın nəşr edildiyini bildirib. Mübariz Qurbanlı hesabat dövründə dini durumun öyrənilməsi, dini icmaların fəaliyyətinə nəzarətin gücləndirilməsi, radikal cərəyan və təriqətlərin fəaliyyətinin aşkarlanması, dini obyektlərin tikintisi barədə məlumatların yenilənməsi, dini təhsil müəssisələrinin fəaliyyətinin araşdırılması və əlamətdar dini mərasimlərlə bağlı tədbirlər görüldüyünü bildirib. Qeyd edib ki, din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasına qarşı mümkün vasitələrlə mübarizə davam etdirilib, bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi, hüquq-mühafizə orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və digər qurumlarla birlikdə maarifləndirici, profilaktik və inzibati tədbirlər həyata keçirilib. Komitə sədri milli mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə hər zaman yüksək qiymət və dəstək göstərən Prezident İlham Əliyevin müvafiq Fərman və Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını, eyni zamanda, Dövlət Komitəsinə olan yüksək etimadın göstəricisi kimi dəyərləndirib. Sözügedən qurumların ölkəmizdə yüksək dini-mənəvi mühitin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində fəaliyyətə başladıqlarını bildirib.

Daha sonra Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov hesabat məruzəsi ilə çıxış edib. Sədr müavini komitə tərəfindən respublikada dini durumu dərindən öyrənmək, dini prosesləri izləmək, əsas tendensiyaları müəyyənləşdirmək, radikal dini cərəyanların fəaliyyətinin qarşısını almaq, ölkədəki dini vəziyyətlə bağlı informasiya fondunu genişləndirmək, dini qurumlarla əməkdaşlığın qurulmasını təmin etmək istiqamətində keçirilən müvafiq tədbirlər barədə danışıb. Gündüz İsmayılov son hesablamalara görə, ölkə ərazisində 2248 məscidin olduğunu, bunlardan 211-nin Naxçıvan Muxtar Respublikasının payına düşdüyünü qeyd edib. O, 778 məscidin dini icmasının Dövlət Komitəsində qeydiyyatdan keçdiyini bildirib. Hesabat dövründə dini qurumların dövlət qeydiyyatına alınması ilə bağlı 60 müraciətin (57 İslam, 3 qeyri-islam təmayüllü) daxil olduğu, 7 dini qurumun sənədləri qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarıldığı, ümumilikdə 16 dini icmanın (13 İslam, 3 qeyri-islam təmayüllü) dövlət qeydiyyatına alındığı diqqətə çatdırılıb. Cari ildə Dövlət Komitəsi tərəfindən Ramazan ayı ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər barədə də danışan sədr müavini ay boyunca dini durumun nəzarətdə saxlanıldığını, məscid və ziyarətgahlarda mütəmadi monitorinqlərin aparıldığını, bütün dini icmaların QMİ-nin rəsmi dini təqviminə uyğun fəaliyyət göstərməsinin mütəmadi diqqət mərkəzində saxlanıldığını deyib. Gündüz İsmayılov ölkədə dini duruma mənfi təsir göstərə biləcək zərərli dini təyinatlı ədəbiyyatın aşkarlanması, siyahısının hazırlanması və təkmilləşdirilməsi sahəsində işin davam etdirildiyini, idxalla bağlı 2018-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Komitəsinə daxil olan müraciətlər əsasında 483 adda dini məzmunlu ədəbiyyatdan dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısının alındığını bildirib. Əlavə edib ki, ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 104 adda dini ədəbiyyatın 22-sinin çapı məqsədəuyğun sayılmayıb. 171 adda (253010 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. Hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunaraq Dövlət Komitəsinə göndərilən 224 adda dini təyinatlı ədəbiyyat və məmulat materiallarından 56-sının zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib. Sədr müavini Dövlət Komitəsinin ötən müddət ərzində hüquq-mühafizə orqanları ilə birgə qeyri-ənənəvi dini cərəyan mənsublarının qanunsuz fəaliyyətlərinə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı inzibati tədbirləri intensiv şəkildə davam etdirdiyini deyib. Əlavə edib ki, imzalanmış tədbirlər planları çərçivəsində Dövlət Komitəsinin Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə onlarla tədbir həyata keçirilib. Sədr müavini, həmçinin Azərbaycanda tolerantlıq ənənələri, dözümlülük, dinc birgəyaşayış mədəniyyətinin beynəlxalq aləmdə təbliği, eləcə də dini ekstremizm və terrorizm kimi bəşəriyyəti narahat edən problemlərdən birgə çıxış yolları axtarmaq məqsədilə keçirilən beynəlxalq tədbirlər barədə də danışıb. Ölkəmizin tolerantlıq və multikultural dəyərlərinin ölkə xaricində təbliğ edilməsi məqsədilə “Müsəlman Dünyası Bu Gün” (Muslim World Today) adlı internet platformasında, eyni zamanda, “Yerusəlim Post”, Pakistanın “Morning Mail” kimi nüfuzlu onlayn qəzetlərində yazı və məqalələrlə çıxışlar edildiyini vurğulayıb.

Daha sonra məruzəsi dinlənilən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fondun mənəvi dəyərlərin təbliği işinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən söz açıb. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin 27 mart 2018-ci il tarixli Sərəncamı ilə Fonda ayrılan vəsait hesabına ölkəmizdə mənəvi dəyərləri təbliğ edən şəxslər qismində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi olaraq təyinat alıb, ümumi sayı 1068 nəfər olan imam, imam müavini və mütəvəllilərə maddi dəstək göstərilir. Mənəvi dəyərləri təbliğ etmək məqsədilə Fond tərəfindən Ramazan ayında Azərbaycanın bir sıra şəhər və rayonlarında Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailə üzvlərinin və müharibə veteranlarının iştirakı ilə 13 iftar süfrəsi təşkil olunub. Bununla yanaşı, Ramazan bayramı ərəfəsində Fond tərəfindən Azərbaycanın müxtəlif regionlarından ümumilikdə 66 şəhid ailəsinə ərzaq yardımı edilib. Fondun tərkibində Mənəvi Dəyərlərin Təbliği üzrə Məşvərətçi Komitənin yaradıldığını bildirən icraçı direktor mənəvi dəyərlərin və Azərbaycançılıq məfkurəsinin təbliği ilə bağlı maarifləndirici tədbirlərin, müxtəlif fond və mərkəzlərlə birgə seminar, konfrans və xeyriyyəçilik fəaliyyətinin təşkili, kitab nəşri, eyni zamanda, mənəvi dəyərlərlə bağlı televiziya kanallarında və radiolarda veriliş və sosial çarxların verilməsi istiqamətində işlərin davam etdirildiyini deyib.

DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev çıxışında Gəncə şəhərində dini durumun tam sabit olduğunu, vətəndaşlara dini ayinləri sərbəst şəkildə icra etmələri üçün lazımi şərait yaradıldığını deyib. Bildirib ki, dindarlar dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirir və dövlətçilik prinsiplərinə həmişə olduğu kimi indi də sədaqət nümayiş etdirirlər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxış edərək ölkəmizin konfessiyalararası və məzhəblərarası münasibətlər baxımından nümunəvi mühitə malik olduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən dini icmalara göstərilən qayğı, onların fəaliyyəti üçün geniş imkanların yaradılması hakimiyyətin milli mənəvi dəyərlərimizə olan yüksək münasibətin bariz nümunəsidir.

Etibar Nəcəfov dini maarifləndirmə, İslam və qeyri-islam dini icmaları ilə iş, qanunvericiliyin təkmilləşdirilməsi, dini sahə ilə bağlı qurumlar arasında əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq qurumların ölkəmizdəki dini durumla bağlı hesabatlarına diqqətin artırılması və digər məsələlərlə bağlı fikirlərini bildirib və müvafiq tövsiyələr verib. Dini maarifləndirmə sahəsində Dövlət Komitəsinin dəstəyi ilə yayımlanan televiziya verilişlərinin əhəmiyyətini yüksək qiymətləndirərək bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Dövlət-din münasibətlərinin tənzimlənməsi, dövlətin nəzarət tədbirlərinin artırılması, eləcə də fəaliyyətdə çevikliyin təmin olunması üçün qanunvericilik bazasında düzəliş və əlavələrin edilməsinin zəruriliyini diqqətə çatdırıb.

Sonda Dövlət Komitəsinin 2018-ci ilin növbəti 6 ayı üçün fəaliyyət planı və qarşıya qoyulan məqsədlər, görüləcək işlər, problem və perspektivlər geniş müzakirə edilib. Qarşıdan gələn Məhərrəm ayı ilə bağlı müvafiq işlərin görülməsi barədə Dövlət Komitəsinin bölgə şöbələrinə müvafiq tapşırıqlar verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İspaniyadan Uruqvaya uçan təyyarə turbulentə düşüb, 30 nəfər xəsarət alıb

Türkiyə Nazirlər Kabinetində dəyişikliklər edilib

Avro-2024: Portuqaliya millisi 1/4 finala vəsiqə qazanıb

Budapeştdə ilk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub

Ali Məhkəmə Donad Trampı bəzi cinayət məsuliyyətindən azad edən qərar çıxarıb

Özbəkistanda illik inflyasiya 10,6 faizə qədər artıb

ABŞ-da bir ailənin 5 üzvü təyyarə qəzasında həlak olub

Blinken: Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb

Gədəbəyə dolu düşüb

Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb

Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb

FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb VİDEO

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina təhlükəsi ilə bağlı mübarizəyə başlayıb

Radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur BƏYANAT

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Yeni Günəşlidə narkotik satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb VİDEO

ABŞ-da atışma zamanı 3 nəfər ölüb

Ankarada start götürən “Müharibə dövründə jurnalistika” təlimlərində AZƏRTAC-ın əməkdaşı da iştirak edir

Daxili İşlər Nazirliyi Şuşa “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir

İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri - vebinar

Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib

Yasamalın Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib

COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq ŞƏRH

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

® Zəhərli ilan və həşəratların sancması zamanı təxirəsalınmaz tədbirlərlə bağlı metodiki vəsait

Sağlamlıq imkanları məhdud şəxsə avtomobil hədiyyə edilib

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli olub

Dövlət Sosial Müdafiə Fondu “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb

ANAMA-nın İdarə Heyətinin sədri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Cənubi Koreyada doğumun azalması problemini həll etmək üçün nazirlik yaradılır

Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkətinin baş icraçı direktoru ilə görüşüb

ABŞ mətbuatı Azərbaycanda dekolonizasiya mövzusunda keçirilmiş konfransdan yazıb

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb

Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb

Raket zərbəsinə məruz qalmış Odessa kilsəsi təmir edilir VİDEO

BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib

“Jerusalem Post”: Qərb Qafqazda sülhü təşviq etmək istəyirsə, Ermənistana təzyiq göstərməlidir

Son 10 gün ərzində Elm və Təhsil Nazirliyinə 21 mindən çox vətəndaş müraciət edib

Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir

Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər

Ankara Sosial Elmlər Universitetinin sosiokənd sisteminin BDU-da tətbiqi imkanları araşdırılır

Azərbaycan və İsrailin XİN rəhbərləri regionda və Qəzza ətrafındakı vəziyyəti müzakirə ediblər

® “Samsung” AI TV ilə yeni era başlayır - Daha canlı, daha həyəcanlı

Mədəniyyət naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

“Asiya uşaqları” Oyunlarının qalibi: Vətənə qızıl medalla qayıdacağıma inanırdım

UNEC-in “Gələcəyin tədqiqatçıları” qrant layihəsi yekunlaşıb

Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

Azərbaycan polisi: dövlətçiliyə sadiq, peşəkar və qətiyyətli

“Azərkosmos”un dəstəyi ilə ərsəyə gəlmiş film təqdim olunub

Tacikistan Milli Bankı ilə əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub

Ordubadın Tivi-Biləv kənd avtomobil yolunda yaranmış problem aradan qaldırılır VİDEO

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Qəbələ və İsmayıllıda ictimai dinləmələr keçirilib

Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıb

Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb

Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

ADA Universitetində “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilir  YENİLƏNİB VİDEO

Agentlik: Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri işdən azad edilib

Beynəlxalq Buker mükafatının ilk laureatı İsmayıl Kadare vəfat edib

Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib   YENİLƏNİB VİDEO

Paytaxtın Parlament və Atatürk prospektlərində təmir işləri yekunlaşmaq üzrədir VİDEO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağsuda vətəndaşları dinləyib

Azərbaycan güləş millisinin baş məşqçisi: Avropa çempionluğunu ənənəyə çevirmişik

Xəzər dənizinin şimal-şərq hissəsində suyun səviyyəsi artıb

“Dərələyəzim” əsəri Topkapı sarayında

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası olub

Astanada hava limanları və dəmir yolu stansiyaları gücləndirilmiş iş rejiminə keçib

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda arxeoloji qazıntı işlərinə başlanılıb

Okeanın dərinliklərində heyrətamiz hidrotermal mühit kəşf edilib

COP29 Azərbaycan üzrə baş icraçı direktor: Artıq qlobal iqlim danışıqlarının faktiki liderliyi bizim ölkəmizdədir

Finlandiya parlamenti ABŞ-la müdafiə sazişini yekdilliklə təsdiqləyib

Nigeriyada terror aktları nəticəsində azı 18 nəfər həlak olub

İKTA sədri: Agentlik qısa müddətdə 5 elektron xidmət istifadəyə verib

Ukraynada benzin və dizelin qiyməti yenidən artacaq

“Sabah” klubu mərakeşli futbolçu ilə vidalaşıb

Türkiyə Qara dənizdə qaz hasilatını artırır

Azərbaycan şirkətləri "Şimal-Cənub" I nəqliyyat ticarət-ixrac forumunda iştirak edəcək

Şahmat Tacı uğrunda oyuna ev sahibliyi edəcək ölkə açıqlanıb

Gəncədəki aptekdə qulaq damcısı bioloji aktiv qida məhsulu kimi göstərilib

Türkiyə və Azərbaycan muzeyləri arasında gələcək əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olunub

Azərbaycan dövlətinin dəstəyi ilə Rustavidə açılan Mərkəzdə kursları bitirən şagirdlərə sertifikatlar təqdim olunub

Həvəskar balıqçılar üçün balıq ovuna icazə verildi, mövsümdən gözləntilər nədir? REPORTAJ VİDEO

İcbari tibbi sığorta ilə 26 min 494 qasıq yırtığı əməliyyatı icra edilib

Qabiliyyət imtahanları davam edir

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1179-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Balmoral qəsri bu gün ictimaiyyətə açılıb

Türkiyədəki Göbekli-Tepe məbəd kompleksini 2,8 milyon turist ziyarət edib

® Xəzərin Bilgəh sahili “Qırmızı Ürəklər” könüllülərinin iştirakı ilə tullantılardan təmizlənib

® “Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu

Mərkəzi Bankın sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Tacikistana işgüzar səfəri başlayıb

Dövlət qulluğu vəzifələri üzrə imtahanın nəticələri açıqlanıb: 408 nəfər müsabiqə şərtini ödəyib

Azərbaycan İdman Akademiyasının tələbələri Çexiyada təcrübə keçiblər

Viktoriya və Albert Muzeyində müğənni Teylor Sviftlə bağlı sərgi açılacaq

Güclü küləklə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edilib