Direktor müavini: Transplantasiya olunan 159 talassemiyalı xəstənin 153-ü hazırda yaşayır
Bakı, 23 sentyabr, AZƏRTAC
2014-cü ildən bu günə qədər ilik tranplantasiyası uğurla icra edilmiş 191 xəstədən 159 nəfəri talassemiyalı olub.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin direktor müavini Səhər İsmayılova sümük iliyi transplantasiyasının 10 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda deyib.
S.İsmayılova mərkəzin ən böyük göstəricisinin 2022-ci ildə qeydə alındığını, həmin il 29 xəstənin əməliyyata götürüldüyünü qeyd edib.
“Bu il əməliyyata alınacaq xəstə sayını 30-a qədər artırmaq niyyətindəyik”.
S. İsmayılova bildirib ki, transplantasiya olunan 159 talassemiyalı xəstənin 153-ü hazırda yaşayır:
“Bu, çox ciddi bir rəqəmdir. Yalnız 6 nəfər dünyasını dəyişib. Bunlardan 143 xəstə sağlam şəkildə həyatını davam etdirir və tam olaraq xəstəlikdən sağalıblar. 10 xəstədə transplant qopması müşayiət olunub və bu xəstələr də hazırda həyatdadırlar. Amma 10 xəstənin xəstəliyi yenidən geri qayıdıb və 6 ölüm halı müşahidə edilib”, - deyə direktor müavini diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2026 [21:16]
“Ümid Yeri”ndə uşaqlara bayram sevinci yaşadılıb
- 28.05.2026 [20:35]
Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb
- 28.05.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 28.05.2026 [18:23]
Könüllülər Müstəqillik Gününü silsilə tədbirlərlə qeyd ediblər
- 28.05.2026 [17:49]
Şotlandiyadakı icma görüşünə böyük maraq göstərilib
- 28.05.2026 [17:14]
Qazaxıstanın Azərbaycan diasporu Müstəqillik Gününü qeyd edib
- 28.05.2026 [16:57]