DİYEQO MARADONA ÇEMPİONATIN OYUNLARINI ŞƏRH EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, İspaniya KİV-lərinin yazdığına görə, Maradona təkcə oyunlara şərh verməyəcək, həm də təhlil səciyyəli verilişlərdə, çempionatın gündəliklərində iştirak edəcəkdir. Onun “Onnömrəli ilə axşam” verilişi də “Kuatro” telekanalı ilə göstəriləcəkdir. Bundan əlavə, müvafiq müqavilə imzalamaq üçün Madridə gəlmiş Maradona özü haqqında sənədli filmdə çəkilməyə də razılıq vermişdir.
Müqavilənin imzalanmasına həsr olunmuş mətbuat konfransında İspaniya, Niderland, İtaliya, İngiltərə, Almaniya və Argentina yığmalarının imkanlarını yüksək qiymətləndirən Maradona Braziliyanı çempionatın şəksiz favoriti adlandırmışdır. O demişdir: “Braziliyalılar hamıdan bir pillə yüksəkdə dayansalar da, öz çempion adını qorumaq üçün yaxşıca çalışmalı olacaqlar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]