Dmitri Kumsişvili: Azərbaycanda çox mühüm məsələləri müzakirə etdik
Tbilisi, 14 mart, AZƏRTAC
Azərbaycan bizim dostumuz və strateji tərəfdaşımızdır. Bu günlərdə Azərbaycana səfərimiz çox məhsuldar oldu və biz strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsi və inkişafı baxımından çox mühüm məsələləri müzakirə etdik. Bu məsələlər təkcə region üçün deyil, bütövlükdə dünya üçün mühüm əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili hökumət başçısı Georgi Kumsişvilinin Azərbaycana səfərinin nəticələrini şərh edərkən bildirib.
D.Kumsişvili deyib: “Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə olduqca məhsuldar görüşlərimiz oldu. Bu görüşlərdə qlobal enerji, nəqliyyat və infrastruktur layihələri, regional və qlobal təhlükəsizlik məsələləri barədə səmərəli danışıqlar apardıq. Nəticələr çox müsbətdir və mən bu səfəri tarixi səfər adlandırıram. Səfərin müsbət nəticələrini çox yaxın vaxtlarda görəcəyik.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]