Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında mədəniyyətlərarası dialoq dərinləşir

Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında mədəniyyətlərarası dialoq dərinləşir

Moskva, 27 noyabr, AZƏRTAC

Başa çatan 2023-cü il MDB-də “Rus dili İli” oldu. Bu tamamilə təbiidir, çünki məhz bu dil Birlik ölkələrində millətlərarası ünsiyyət və inteqrasiya dialoqu üçün mühüm vasitə hesab edilir. MDB iştirakçı dövlətlərin Parlamentlərarası Assambleyasının bu yaxınlarda keçirilmiş plenar iclasında Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova qeyd edib ki, yola saldığımız ildə Azərbaycanda bir çox təhsil və mədəni-maarif tədbirləri təşkil olunub ki, onların hamısı respublikada rus dilinin möhkəmlənməsinə yönəldilib. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində Azərbaycan ilə Rusiya arasında yeni humanitar, mədəni və təhsil layihələrindən bəhs edib.

-Dmitri İvanoviç, mütəxəssislər qeyd edirlər ki, qonşuların dilinə və mədəniyyətinə münasibət iki ölkənin əlaqələrində səmimiliyin və yaxınlığın göstəricisidir. Azərbaycanda rus dilinə və mədəniyyətinə münasibətdə və Azərbaycan mədəniyyəti ilə bağlı Rusiyada vəziyyətə dair fikirləriniz nədən ibarətdir?

-Rusiyalılar yaxşı bilirlər ki, bu günümüzdə də, bizim tarixi keçmişimizdə də Azərbaycanda rus mədəni irsinə və dilinə hörmət və diqqətlə yanaşırlar. Əlbəttə, bu maraq və diqqət qarşılıqlıdır. Son məlumatlara görə, Azərbaycanda əhalinin təqribən üçdə ikisi, o cümlədən Azərbaycan ziyalılarının böyük əksəriyyəti rus dilini bilir, Rus İcmasının isə təxminən 120 min üzvü var və bu, Cənubi Qafqazda ən yüksək göstəricidir. Respublikada rus dilində təhsil almaq olar, rusdilli KİV-lər fəaliyyət göstərir, tamaşalar hazırlanır, filmlər nümayiş etdirilir, rus dilində kitablar nəşr olunur, Rusiyanın yaradıcı kollektivlərinin müntəzəm qastrolları keçirilir. Ayrıca qeyd edərdim ki, Rusiyada da zəngin Azərbaycan mədəniyyətini böyük maraq və hörmətlə qəbul edirlər. Azərbaycan kollektivlərinin qastrollarına, azərbaycanlı bəstəkarların və musiqiçilərin, şair və yazıçıların, aktyor və rəssamların yaradıcılığına da böyük maraq var. Onların bir çoxunu həm Azərbaycanın, həm də Rusiyanın mədəniyyət xadimləri adlandırmaq olar.

-Siz Azərbaycanda rus dilində təhsili xatırlatdınız. Bu gün ona tələbin olmasını necə qiymətləndirərdiniz?

-Bunu rəsmi statistik rəqəmlər əyani şəkildə göstərir: Azərbaycanın 340-dan çox məktəbində təhsil rus dilində aparılır, yəni, “rus sektorunda” təqribən 150 min uşaq oxuyur, həmçinin siniflər ağzınadək doludur. Rus dilində ali məktəblərdə də təhsilin populyarlığı ildən-ilə artır. Ölkənin bir çox universitetlərində rusdilli bölmələr var. Mütəxəssislərin bildirdiyinə görə, hazırda Azərbaycanda təqribən 15 min tələbə rus dilində təhsil alır. Respublikada Slavyan Universitetinə və Rusiya ali məktəblərinin filiallarına - MDU, İ.M.Seçenov adına Birinci MDTU-ya böyük tələb var. Digər ali məktəblərdə də perspektivli qarşılıqlı fəaliyyət müşahidə olunur. Belə ki, məsələn, bu yaxınlarda Bakıda keçirilmiş Sankt-Peterburq Politexnik Universitetinin nümayəndə heyəti ilə Rusiya və Azərbaycan ali məktəbləri arasında əməkdaşlıq və tərəfdaşlığın mümkün variantları müzakirə olunub.

-Yəqin ki, Azərbaycanda təhsil sahəsində rus dilinin bu cür populyar olmasının amillərindən biri də təhsili Rusiyada davam etdirmək imkanıdır.

-Şübhəsiz, Rusiyada ixtisasın, stajın artırılması, bəzən isə məşğulluq və karyera imkanları da bu məsələdə mühüm rol oynayır. Bakıda oktyabr ayında keçirilmiş Rusiya ali məktəblərinin təhsil sərgisini yüzlərlə insan ziyarət edib, onlar bir sıra Rusiya universitetlərinin resurs imkanları, unikal təhsil layihələri və azərbaycanlı tələbələr üçün yaradılan şəraitlə tanış olublar. Bundan başqa, Azərbaycanda “rus sektorunun” şagirdləri üçün Rusiyanın elmi və yaradıcı konfransları, forumlarında iştirak etmək, rusiyalı həmkarlarla dialoq aparmaq imkanları da əhəmiyyətlidir. Məsələn, Azərbaycandan olan istedadlı tələbələr və aspirantlar bu yaxınlarda “Gənc alimlər regionun drayveri kimi” adlı Xəzər Gənclər Forumunda iştirak ediblər. Onlar Həştərxan Tibb Universitetində keçirilən bu tədbirdə ekologiya və tibb sahələrində innovasiyaları təqdim ediblər.

Vurğulamaq istəyirəm ki, tələbə gənclər bizim xalqlarımızın, mədəniyyətlərimizin və icmalarımızın yaxınlaşmasına mühüm töhfələr verirlər. Məsələn, bu yaxınlarda Moskva Dövlət Linqvistik Universitetində keçirilmiş “Xalqlar dostluğu” üçüncü beynəlxalq forumunda Azərbaycanın Himni səslənib, tədbirin gedişində isə qonaqlar MDB xalqlarının dillərinin öyrənilməsi mərkəzləri ilə, milli mədəniyyətlər, musiqi, milli mətbəxlərlə tanış olmaq imkanı əldə ediblər.

-Rusiya ilə Azərbaycan arasında mədəniyyət sahəsində möhkəm əlaqələr bizim ortaq tariximizə, ümumi yaradıcılıq irsimizə əsaslanır. Bu irsin qorunması üçün hər iki ölkədə hansı işlər görülür?

-Həm Rusiyada, həm də Azərbaycanda keçirilən yaradıcılıq tədbirlərində görkəmli mədəniyyət xadimləri iştirak edir, bizi birləşdirən milli keyfiyyətlər ifadə olunur. Ölkələrimizdə təkcə klassiklərin yaradıcılığı deyil, həm də müasir mədəniyyət xadimlərinin bu sahəyə töhfələri qeyd olunur. Xüsusən, görkəmli Rusiya-Azərbaycan bəstəkarı Fərəc Qarayevin 80 illiyi münasibətilə Moskvada konsertlər təşkil olunur. Bizim ortaq mədəni irsimizə aid olan gələcək ulduzlar da diqqətdən kənarda qalmır. Belə ki, “Neva bülbülü” Ümumrusiya Vətənpərvərlik Uşaq Mahnı Müsabiqəsində iştirak edən 118 istedadlı uşaq və yeniyetmələrin arasında mötəbər Rusiya münsiflər heyəti birinci yerə məhz Müslüm Maqomayevin “Azərbaycan - baharlı yurdum” mahnısını ifa edən Bakı Musiqi Akademiyasının musiqi məktəb-studiyasının məzunu Teymur Kazımovu layiq görüb. O, hazırda öz təhsilini Sankt-Peterburq Dövlət Konservatoriyasında davam etdirir.

Əlbəttə, Rusiyanın incəsənət xadimləri də Azərbaycanda diqqətdən kənarda qalmır, həm də onlar həmişə azərbaycanlı tamaşaçıları yeni xüsusi sürprizlərlə sevindirməyə çalışırlar. Məsələn, Yeni il ərəfəsində Heydər Əliyev Fondu görkəmli rus opera müğənnisi Yana Melikayevanı Bakıya dəvət edib. O, Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə xüsusi olaraq bir neçə mahnını Azərbaycan dilində ifa edəcək.

-Bu yaxınlarda keçirilmiş ölkələrimiz arasında humanitar əlaqələrin inkişafına xidmət edən hansı tədbirləri əlamətdar adlandıra bilərsiniz?

- IX Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycanda rus dilinin aktuallığını və əhəmiyyətini açıq şəkildə nümayiş etdirdi. Rusiya bu sərgidə fəxri qonaq qismində iştirak edirdi və Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, həmçinin Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bu tədbirdə iştirak edirdilər. Rusiyanın 100 kvadratmetrlik stendində 600-dən çox nəşr təqdim edildi. Bundan başqa, azərbaycanlı mütəxəssislər “Bizim kitabxanalar. Rus dili ana dili kimi” profil proqramı çərçivəsində Rusiyanın kitabxana və təhsil texnologiyaları ilə tanış oldular. Professional inkişaf üzrə həyata keçirilən bu proqram oktyabrda Sankt-Peterburqda bu şəhərin rəhbərliyinin, “Rossotdrudniçestvo” və Mayakovski adına kitabxananın dəstəyi ilə təqdim edilib.

-Rusiya və Azərbaycanın iştirakı ilə qarşıdakı tədbirlərin hansı şəxsən sizin üçün əhəmiyyətlidir?

-Məsələn, biz 2024-cü ildə Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və 2025-ci ildə Azərbaycanda təşkil ediləcək MDB ölkələrinin III Oyunlarını səbirsizliklə gözləyirik. Azərbaycan özünün təşkilatçılıq qabiliyyəti və bu cür mötəbər tədbirlərin ən yaxşı səviyyədə keçirilməsi ilə tanınır. Əminəm ki, bu tədbirlər bizim aramızda qarşılıqlı anlaşmanı, qarşılıqlı faydalı əməkdaşlığın mehriban qonşuluğun və səmimi dostluğun möhkəmləndirilməsi işinə xidmət edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub