Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakı, 26 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, “New York Times” qəzetinin məlumatına görə, Birləşmiş Ştatların dövlət başçısı bu barədə Nyu-Cersi ştatında jurnalistlərlə görüşündə deyib.
“Mən onu çoxdan tanıyıram. Biz həmişə anlaşmışıq, lakin o, şəhərlərə raketlər atır və bu, mənim heç xoşuma gəlmir. Rusiyaya qarşı əlavə sanksiyaları, əlbəttə ki, nəzərdən keçirirəm”, - deyə Donald Tramp jurnalistlərin suallarını cavablandıran zaman bildirib.
Xatırladaq ki, mayın 19-da ABŞ və Rusiya prezidentləri arasında iki saatdan çox davam edən telefon danışığı baş tutub. Bu, Donald Trampla Vladimir Putin arasında ilin əvvəlindən bəri üçüncü telefon danışığıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]