Dörd ayda Qəbələdə 6,4 milyon manatlıq sənaye məhsulu ixrac olunub

Qəbələ, 15 may, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin yanvar-aprel aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 47 milyon 503,2 min manatlıq məhsul istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 681,9 min manat və ya 10,9 faiz çoxdur. İstehsal edilən sənaye məhsulunun 12,6 faizi dövlət, 87,4 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, dörd ayda rayonda 6 milyon 425,9 min manatlıq sənaye məhsulu ixrac olunub. Bu, istehsal olunan sənaye məhsulunun 13,5 faizini təşkil edir.
Qurumdan verilən məlumata görə, Qəbələ rayonunun sənayesi əsasən, mədənçıxarma, emal, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrini əhatə edir. Cari ilin yanvar-aprel aylarında rayonda istehsal edilən sənaye məhsulunun 85,1 faizi emal sektorunun payına düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [21:34]
Ağstafada yol qəzası olub, xəsarət alan var
- 16.05.2025 [18:43]
Füzuliyə dolu yağıb
- 16.05.2025 [16:20]
Energetika naziri Ağstafada vətəndaşlarla görüşüb
- 16.05.2025 [15:54]
Naxçıvanda ÜDM istehsalı 1,3 faiz artıb
- 16.05.2025 [15:20]