Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilmişdir

Naxçıvan, 28 iyun (AZƏRTAC). İyunun 28-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:

1. 2014-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları.

2. Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin icrasının təsdiq edilməsi.

3. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi.

2014-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar çıxış edən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov demişdir ki, cari ilin yanvar-may ayları ərzində muxtar respublikada tikinti-quruculuq işləri uğurla davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasına, ümumilikdə, 18 milyon manat vəsaitin ayrılması burada gedən quruculuq işinə böyük töhfə olmuşdur. Hesabat dövrü ərzində təhsil, mədəniyyət, səhiyyə, rabitə, energetika və digər sahələr də daxil olmaqla müasir tələblərə cavab verən yeni obyektlər istifadəyə verilmiş, yollar salınmış, körpülər tikilmiş, istehsal, xidmət sahələrinin yaradılması istiqamətində işlər davam etdirilmişdir. Həyata keçirilən tikinti-quruculuq işlərində keyfiyyət əsas götürülmüş, muxtar respublikada istehsal olunan yerli tikinti materiallarından istifadəyə üstünlük verilmişdir.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov çıxış edərək demişdir ki, muxtar respublikada mövcud iqtisadi potensialdan tam və səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, yeyinti, yüngül və digər sənaye sahələrinin təşəkkülü və inkişafının davamlı xarakter alması nəticəsində 2014-cü ilin yanvar-iyun aylarında 471 milyon 580 min manatlıq sənaye məhsulu istehsal edilmişdir. Əvvəlki illərdə olduğu kimi, 2014-cü ilin ötən dövründə də sahibkarlığın inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən olmuş, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87 faizə çatmışdır. Muхtаr rеspublikаdа fəаliyyəti bərpа еdilmiş və yа yеni qurulmuş istеhsаl müəssisələrində buraxılan məhsulların sayı 349-a çatdırılmışdır. Hazırda 334 növdə məhsulа оlаn tələbаt tаmаmilə yеrli istеhsаl hеsаbınа ödənilir.

Sessiyada çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Bəxtiyar İsmayılov demişdir ki, muxtar respublikanın iqtisadiyyatında müşahidə olunan dinamik artım cari ilin ilk 6 ayında da saxlanılmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulun həcmi 2,4 faiz, sənaye məhsulu 1,5 faiz, əsas kapitala yönəldilən investisiyalar 1,6 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,4 faiz, ixracın həcmi 14,5 faiz, orta aylıq əməkhaqqı isə 2,1 faiz artmışdır. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi, ikinci yeri isə 22,9 faizlik xüsusi çəki ilə tikinti sektoru tutmaqdadır.

Cari ilin ilk 6 ayı ərzində informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları genişləndirilmiş, optik kabel magistrallarının inşası davam etdirilmiş, dövlət orqanlarının elektron xidmətlər sahəsində işi daha da təkmilləşdirilmiş, yeni nəsil telekommunikasiya sistemi istifadəyə verilmişdir.

2014-cü ilin məhsulu üçün muxtar respublikada 60 min 829 hektar sahədə əkin aparılmış, ötən dövrdə muxtar respublikadan kənara 25 milyon ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur. Cari ilin ötən dövründə muxtar respublikada əhalinin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlanılmış, 1457 yeni iş yeri açılmışdır.

Müzakirə olunan məsələ ilə əlaqədar qərar layihəsi qəbul edilmişdir.

Sessiyanın gündəliyinə daxil edilmiş ikinci məsələ ilə əlaqədar çıxış edən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov muxtar respublikanın 2013-cü il dövlət büdcəsinin icrası haqqında məlumat verərək demişdir ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2013-cü ildə bütün mənbələr hesabına 55 milyon manat proqnoza qarşı 64 milyon 857 min 623 manat vəsait daxil olmuş, tapşırıq 117,9 faiz icra edilmişdir. 2013-cü ildə büdcə daxilolmalarının 84,1 faizi Vergilər Nazirliyi, 12,9 faizi Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilmiş, 3 faizi isə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxil olmuşdur. 2013-cü ildə dövlət büdcəsinə Vergilər Nazirliyi tərəfindən 49 milyon 600 min manat proqnoza qarşı 54 milyon 560 min 817 manat vəsait daxil olmuşdur ki, bu da nəzərdə tutulan məbləğdən 4 milyon 960 min 817 manat çoxdur. 2013-cü ildə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 4 milyon manat proqnoza qarşı 8 milyon 354 min 793 manat vəsait daxil olmuşdur ki, bu da nəzərdə tutulan məbləğdən 4 milyon 354 min 793 manat artıqdır. Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 2013-cü ildə 332 milyon 700 min manat təyinata qarşı 332 milyon 8 min 10 manat və ya 99,8 faiz icra olunmuşdur.

Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu və “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun qəbul olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sessiyada çıxış etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Vasif Talıbovun çıxışı

- Hörmətli deputatlar və sessiya iştirakçıları!

Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyasının davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Respublikasının bütün bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial həyatın bütün sahələrində dinamik inkişafa nail olunmuşdur.

Muxtar respublikada davamlı olaraq əldə edilən uğurlu nəticələr Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi ilə əlaqədar elan olunmuş “Muxtariyyət ili”nin ötən 6 ayında da qorunub saxlanılmışdır.

Hesabat dövrünün ən yaddaqalan hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəridir. Hörmətli Prezidentimiz muxtar respublikanın inkişafı barədə demişdir: “Naxçıvan sürətlə inkişaf edir. Naxçıvanda bütün məsələlər uğurla icra edilir. Bu səfər mənim Naxçıvana son 10 il ərzində 11-ci səfərimdir. Demək olar ki, hər il Naxçıvana gəlirəm, burada gedən inkişafla tanış oluram. Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır...”

Ölkə rəhbərinin muxtar respublikada görülən işləri yüksək dəyərləndirməsi hər birimizdə iftixar hissi yaratmaqla yanaşı, məsuliyyət hissini də artırır. Blokada şəraitinin çətinliklərinə baxmayaraq iqtisadi fəaliyyətin bütün sahələrində tərəqqiyə nail olmaq, əhalinin yaşayış səviyyəsini yüksəltmək, maddi rifah halını yaxşılaşdırmaq naminə muxtar respublikanın hakimiyyət və təsərrüfat strukturları bundan sonra da bütün səylərini səfərbər edərək “Muxtariyyət ili”ni daha yüksək nəticələrlə başa vurmalıdır. Bunun üçün 2014-cü ilin qalan dövründə aidiyyəti orqanlar qarşısında daha ciddi vəzifələr dayanır.

Sosial-iqtisadi sahədə davamlı inkişaf tempinin təmin edilməsi muxtar respublika büdcəsinin, eləcə də iqtisadi fəaliyyətin bütün sahələrinə ayrılan maliyyə vəsaitlərinin həcminin ildən-ilə artmasına səbəb olmuşdur. Bu isə öz növbəsində maliyyə vəsaitlərindən səmərəli istifadə olunmasının əhəmiyyətini artırır. Maliyyə Nazirliyi və onun yerli orqanları maliyyə sektorunda fəaliyyətin güclənməsinə nail olmalı, pul vəsaitlərindən təyinatı üzrə səmərəli istifadəyə diqqəti artırmalıdırlar.

Muxtar respublikada Dövlət proqramlarının icrası iqtisadiyyatın çoxsahəli inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, investisiya qoyuluşlarının həcminin artması üçün geniş imkanlar açmışdır. İndi əsas vəzifə bu dinamikanı qoruyub saxlamaq və muxtar respublikanın hər bir sakininin rifahına xidmət edən iqtisadi artıma nail olmaqdır. Bunun üçün İqtisadiyyat və Sənaye Nazirliyi yerli xammal və ehtiyatlar əsasında rəqabətqabiliyyətli məhsul istehsal edən yeni müəssisələrin yaradılmasına diqqəti artırmalı, texnoloji nailiyyətlərə əsaslanan layihələrə üstünlük verilməlidir. Yerlərdə məskunlaşmaya və məşğulluq səviyyəsinin yüksəldilməsinə xidmət edən sahələrin, o cümlədən xalq tətbiqi sənətinin müxtəlif növlərinin, eləcə də yerli təsərrüfatçılıq ənənələrinə əsaslanan kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmalıdır. Sahibkarlığın inkişafı və əhalinin işgüzar fəaliyyətinin artırılması sahəsində dövlət maliyyə yardımının göstərilməsi məqsədilə qısamüddətli və kiçik həcmli kreditlərin verilməsi davam etdirilməlidir. Təqdim olunan biznes layihələr ciddi təhlil olunmalı, onların səmərəliliyi düzgün qiymətləndirilməli, ayrılmış kreditlərin təyinatı üzrə istifadəsinə və vaxtında qaytarılmasına nəzarət olunmalıdır.

2014-cü il ölkəmizdə “Sənaye ili” elan olunmuşdur. İqtisadiyyat və Sənaye Nazirliyi muxtar respublikamızda sənaye sahələrinin vəziyyətini təhlil etməklə sənaye parklarının yaradılmasını sürətləndirməli, müəssisələr qurularkən məşğulluq probleminin həlli və yerli xammaldan istifadə imkanları nəzərə alınmalı, istehsalın ərazi və xammal prinsipi üzrə səmərəli yerləşdirilməsi təmin edilməlidir.

Bazarlarda qiymətlərin süni şəkildə artmasının qarşısını almaq məqsədilə monitorinqlər aparılmalı və tədbirlər görülməlidir. Yerli kənd təsərrüfatı və digər istehsal məhsullarının birbaşa istehsalçılar tərəfindən satışını təşkil etmək üçün Kənd Təsərrüfatı Nazirliyi yerli icra hakimiyyətləri ilə birlikdə həftənin şənbə və bazar günlərində Naxçıvan şəhəri və rayon mərkəzlərində satış yarmarkalarının təşkilini bundan sonra da davam etdirməlidirlər.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aidiyyəti orqanlarla birlikdə istehlakçıların hüquqlarının qorunmasına, ticarət, ictimai-iaşə, məişət və digər xidmət sahələrində norma və qaydalara əməl olunmasına, istehlak bazarında məhsulların keyfiyyətinə, müvafiq standartlara uyğunluğuna ciddi diqqət yetirməlidir.

Daxili bazarın keyfiyyətli ərzaq və kənd təsərrüfatı məhsulları ilə təmin olunması üçün Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatlarının mövsümə uyğun tənzimlənməsini diqqət mərkəzində saxlamalıdır.

İqtisadiyyatın vacib sahəsi olan aqrar sektor daim diqqət və qayğı ilə əhatə olunmalıdır. Kənd Təsərrüfatı Nazirliyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə torpaqlardan səmərəli istifadə, müasir əkin metodu və suvarma üsulları ilə bağlı əhali arasında maarifləndirmə tədbirlərini gücləndirməlidir. Bununla yanaşı, yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi də təmin olunmalıdır.

Əkinçiliyin inkişafında su ehtiyatlarından səmərəli istifadə vacib məsələdir. Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi yerli icra hakimiyyəti orqanları ilə birlikdə suvarma suyunun bölgüsünə və sudan səmərəli istifadəyə nəzarəti gücləndirməli, su itkisinin qarşısı alınmalıdır.

Hazırda kənd təsərrüfatı məhsullarının kütləvi yığım dövrüdür. Tələbatdan artıq istehsal olunan kənd təsərrüfatı məhsullarının tədarükü və tələbatın ilboyu yerli məhsullarla ödənilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tədbirlər görməlidir.

Strateji təyinatına görə mühüm əhəmiyyət kəsb edən taxılın vaxtında və itkisiz yığılaraq ehtiyat anbarlarına və dəyirmanlara qəbulu davam etdirilməlidir.

Ərzaq təhlükəsizliyinin təmin olunmasında əkinçiliklə yanaşı, heyvandarlıq da mühüm əhəmiyyətə malikdir. Dövlət Baytarlıq Xidməti və onun yerli orqanları yaradılmış şəraitdən düzgün istifadə etməli, işlərini günün tələbləri səviyyəsində qurmalıdırlar.

Hesablaşmalar zamanı ödənişlərin nağdsız aparılmasına üstünlük verilməli, ticarət və xidmət obyektlərində quraşdırılan POS-terminallardan səmərəli istifadə olunmalı, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Vergilər Nazirliyi dövriyyədə olan nağd pul kütləsinin azalması üçün tədbirlər görməli, POS-terminallardan istifadə ilə bağlı əhali arasında təbliğat xarakterli tədbirlər gücləndirilməlidir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi muxtar respublikada telekommunikasiya və poçt xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, rəqəmsal televiziya yayımının və simsiz internetin əhatə dairəsinin genişləndirilməsi, aidiyyəti orqanlarla birlikdə “Elektron hökumət” portalında təklif olunan elektron xidmətlərin işlək olması üçün səylərini daha da artırmalıdır.

Tikinti-abadlıq işləri keyfiyyətlə aparılmalıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bununla bağlı təsirli tədbirlər görməli, müasir və qədim memarlıq elementlərindən istifadə edilməli, inşaat işlərində daha çox keyfiyyətli yerli tikinti materiallarına üstünlük verilməlidir. Su, kanalizasiya, yol, rabitə, elektrik və qaz çəkilişi ilə məşğul olan təşkilatların fəaliyyətində əlaqələndirmə və ardıcıllıq təmin edilməli, izafi xərclərə yol verilməsinin qarşısı alınmalıdır.

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirlər cari ildə də davam etdirilməlidir. Dövlət Energetika Agentliyi və “Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən enerji daşıyıcılarından qanunsuz istifadə hallarının, qaz və elektrik enerjisi itkilərinin qarşısı alınmalı, istehlak olunan qazın və elektrik enerjisinin dəyəri vaxtında ödənilməlidir.

Dövlət Statistika Komitəsi muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı təhlili materialların hazırlanaraq kütləvi informasiya vasitələrində işıqlandırılmasını bundan sonra da davam etdirməlidir.

Mədəniyyət və Turizm Nazirliyi muzeylərdə kadrların yerləşdirilməsi, onların peşə və xarici dil biliklərinin artırılması istiqamətində əməli tədbirlər görməli, mədəniyyət müəssisələrində iş intizamına riayət olunmalıdır.

Gənclər və İdman Nazirliyi uşaq-gənclər İdman məktəblərinin fəaliyyətini gücləndirməli, gənclərin fiziki sağlamlığının təmin edilməsi məqsədilə onların idmana cəlbinə, eləcə də muxtar respublika ərazisində olan idman qurğu və obyektlərindən səmərəli istifadəyə diqqəti artırmalıdır.

Təhsil Nazirliyi tabeliyində olan məktəblərdə informasiya-kommunikasiya texnologiyaları üzrə biliklərin artırılması istiqamətində tədbirləri davam etdirməli, yeni tədris ilinə qədər təhsil müəssisələrində elektron təhsilin tətbiqi ilə bağlı aidiyyəti orqanlarla qarşılıqlı fəaliyyəti təmin etməlidir.

Dövlət Sosial Müdafiə Fondu yeni əmək fəaliyyətinə başlayan işçilərin fərdi uçotunun təşkilinə, onların sosial sığorta şəhadətnaməsi ilə təmin olunmasına diqqəti artırmalı, sığorta-pensiya sistemi ilə əlaqədar maarifləndirici tədbirləri gücləndirməlidir.

Şəhər və rayon icra hakimiyyətləri abadlıq işlərinin keyfiyyətlə aparılmasına, tullantıların vaxtlı-vaxtında yığışdırılmasına, yaşıllıqların mühafizəsinə diqqəti artırmalı, vətəndaşların müraciətləri qanuni həll olunmalıdır. Müəssisə və təşkilatlarda nizam-intizam gücləndirilməlidir.

Hüquq mühafizə orqanlarının rəhbərləri, muxtar respublika ərazisində yerləşən ordu, hərbi hissə və birləşmələrin komandan heyətləri maarifləndirmə tədbirlərinin və nizam-intizamın artırılmasına diqqəti artırmalıdırlar.

Biz bu gün 2014-cü ilin birinci yarısında görülən işlərə yekun vurduq. Hesabat dövrü ərzində sosial-iqtisadi sahədə əldə olunan nəticələr Naxçıvan Muxtar Respublikasının 90 illik tarixi ərzində ən yüksək göstəricilərdir. Biz buna ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf və tərəqqi yoluna sadiq olmağımızla, əməli işimizlə nail olmuşuq.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü çağırış doqquzuncu sessiyası öz işini başa çatdırmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO