DOST xidmətləri şəbəkəsinin Şuşanı da əhatə etməsi üçün işlər aparılır
Bakı, 30 dekabr, AZƏRTAC
Hazırda DOST xidmətləri şəbəkəsinin Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallı və Şuşanı da əhatə etməsi üçün layihə, təmir-tikinti işləri aparılır.
AZƏRTAC xəbər verir ki, bunu DOST Agentliyində ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.
Onun sözlərinə görə, bu ilin avqust ayında Prezident İlham Əliyevin iştirakı ilə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışı olub. Beləliklə, DOST mərkəzlərinin sayı 7-yə çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [19:47]
Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO
- 08.10.2026 [18:51]