Dövlət Akademik Filarmoniyasında “W.A.Mozart - Nadir klassik musiqi axşamı” adlı konsert olub
Bakı, 20 fevral, AZƏRTAC
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin “W.A.Mozart - Nadir klassik musiqi axşamı” adlı konserti keçirilib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimov) müşayiəti ilə solist - Günel Hacıyeva (soprano), Şərif Bağırov (klarnet), Nicat Məmmədov (fleyta) çıxış ediblər.
Proqramda divertimento D major, “Gecə kraliçasının ariyası”, klarnet və orkestr üçün konsert A major (III hissə), divertimento F major, fleyta və orkestr üçün konsert D major (I hissə), Rondo Alla Turca, 40 saylı simfoniya (I hissə – Molto Allegro) səslənib.