Dövlət Departamenti dünyadakı bütün ABŞ vətəndaşlarına xəbərdarlıq edib
Vaşinqton, 23 iyul, AZƏRTAC
Yaxın Şərqdə artan gərginliklə əlaqədar ABŞ Dövlət Departamenti dünyanın müxtəlif ölkələrində olan vətəndaşlarına xəbərdarlıq edib.
AZƏRTAC xəbər verir ki, xəbərdarlıqda Yaxın Şərqdəki təhlükəsizlik mühitinin mürəkkəb olaraq qaldığı və gözlənilməz eskalasiya riskinin yüksək olduğu bildirilir.
“Hazırda Yaxın Şərqdə olan amerikalılar ehtiyatlı davranmalı, yüksək sayıqlıq nümayiş etdirməli, uçuşların ləğvinə, hava məkanının vaxtaşırı bağlanmasına və ehtimal olunan səyahət məhdudiyyətlərinə hazır olmalıdırlar. Bölgədəki bəzi aviaşirkətlər əvvəlki uçuş cədvəllərinin bərpasını təxirə salıb, digərləri isə müəyyən marşrutları ləğv edib”, – deyə xəbərdarlıqda qeyd olunur.
Həmçinin bildirilir ki, Yaxın Şərqdə və bölgədən kənarda ABŞ-ın diplomatik obyektləri hədəf alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]