Dövlət Gömrük Komitəsi Akademiyasının tələbələri ABŞ-da beynəlxalq müsabiqədə iştirak edirlər
Bakı, 1 aprel, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) "Hüquqşünaslıq" ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Turan Abbasov, Murad Alızadə, Etibar Qarayev və Günel Məmmədzadə martın 31-dən aprelin 6-dək Vaşinqtonda keçirilən dünyanın ən böyük məhkəmə müsabiqəsi olan "Philip C. Jessup" beynəlxalq məhkəmə müsabiqəsində iştirak edirlər.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, bu il fevralın 9-da on ildən sonra ilk dəfə Azərbaycanda "Philip C. Jessup"ın milli raundları keçirilib. Bu isə məhz DGKA-nın komandasının yarışa qoşulması ilə mümkün olub.
Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası (ILSA) tərəfindən təşkil olunan "Philip C. Jessup" beynəlxalq məhkəmə müsabiqəsi Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin (International Court of Justice) simulyasiyasıdır və hər il 100-dən çox ölkədən gələn komandalar Vaşinqtonda yarışaraq öz ölkələrini təmsil edirlər. Müsabiqədə 3000-dək tələbə təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]