DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA GÖRÜŞ OLMUŞDUR
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, “Müasir dövrdə ABŞ-Azərbaycan əlaqələri” mövzusuna həsr olunmuş bu tədbirdə rektor, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov dövlətlərimiz arasında əlaqələrin inkişafı istiqamətində ölkəmizdə görülən işlərdən danışmışdır. O, eyni zamanda, müasir dünyanın idarəçilik təcrübəsinin öyrənilməsi ilə bağlı bu ali təhsil müəssisəsində aparılan işlər, tədris olunan proqramlar və s. barədə məlumat vermişdir.
Amerika Birləşmiş Ştatları-Azərbaycan münasibətlərinin inkişafından söhbət açan xanım Karin Mackleland ABŞ hökumətinin, xalqımızın ümummilli lideri Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini yüksək qiymətləndirmiş, öz ölkəsinin ATƏT-in Minsk qrupunun üzvü kimi bu münaqişənin sülh yolu ilə həllinə bundan sonra da dəstək verəcəyini bildirmişdir.
Sonra qonaq görüş iştirakçılarını maraqlandıran çoxsaylı suallara cavab vermişdir.