Dövlət İmtahan Mərkəzi “İnformatika” adlı vəsaitin yenilənmiş versiyasını çap edib
Bakı, 10 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) “İnformatika” adlı vəsaitin yenilənmiş versiyasını çap edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, vəsait tələbələr, bakalavrlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün tərtib edilib. İnformatika üzrə magistraturaya qəbul proqramına uyğun hazırlanmış bu vəsaitdə bütün mövzuların nəzəri şərhi test tapşırıqları ilə müşayiət olunur. Bu da imtahanlara hazırlaşanlara həm bilik və bacarıqlarını artırmağa, həm də hazırlıq səviyyələrini testlər vasitəsilə yoxlamağa imkan verəcək.
Tamamilə yenidən işlənmiş 6-cı fəsil “Microsoft Windows 10” əməliyyat sisteminə həsr olunub. On üç fəsildən ibarət kitabda “Windows 10” ƏS-nin təyinatı, əsas xarakteristikaları və anlayışları xarakterizə olunur.
Kitabı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu Ə.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]