DÖVLƏT İSTİQRAZLARININ ƏLAVƏ YERLƏŞDİRİLMƏSİ ÜZRƏ HƏRRAC KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da Bakı Fond Birjasında Maliyyə Nazirliyinin qeydiyyatından keçmiş dövlət qısamüddətli istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
İki sərmayədar tərəfindən təqdim olunmuş sifarişin nominal məbləği 3 milyon 100 min manatdır.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 milyon manat məbləğində müəyyən edilmişdir.
İstiqraz vərəqələri 2009-cu il avqustun 7-də ödəniləcəkdir.