Dövlət Kino-Foto Sənədləri Arxivinə 260 saxlama vahidi foto və kinosənəd təhvil verilib
Bakı, 26 may, AZƏRTAC
Daxili İşlər Nazirliyi tərəfindən 18 saxlama vahidi kinosənəd və 242 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, nazirliyin mətbuat xidməti tərəfindən daimi saxlanılmaq məqsədilə təqdim edilən tarixi əhəmiyyətli kino və fotosənədlər 2020 - 2021 - ci illərdə daxili işlər orqanlarının fəaliyyətini, beynəlxalq əlaqələrini, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Daxili Qoşunların yaranması günündə istifadəyə verilən yeni hərbi hissələrin açılışında iştirakını, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun yeni inşa edilmiş rayon, şəhər polis idarələrinin yeni inzibati binalarının açılışında iştirakını, Polis Akademiyasında tədrisin təşkili, tədris ilinin buraxılışlarına həsr olunmuş təntənəli mərasimləri və s. mövzuları özündə əks etdirir.
Hazırda sözügedən sənədlərin qanunvericiliyin tələblərinə uyğun qeydiyyatı və arxiv fonduna qəbulu prosesi aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:57]
Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb
- 12.10.2026 [18:34]
“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb
- 12.10.2026 [18:20]
İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib
- 12.10.2026 [16:48]
Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib
- 12.10.2026 [16:26]
Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb
- 12.10.2026 [16:23]
Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram
- 12.10.2026 [16:10]