Dövlət Komitəsinin şöbə müdiri: Uşaq Məlumat Bankı 2026-cı ildən tam fəaliyyət göstərəcək
Bakı, 16 dekabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən zorakılığın qarşısının alınması, erkən nikahların aradan qaldırılması və Uşaq Məlumat Bankının təkmilləşdirilməsi prosesi davam etdirilir. Gələn ildən Uşaq Məlumat Bankı tam fəaliyyət göstərəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov söyləyib.
O bildirib ki, Uşaq Məlumat Bankı əvvəl mövcud olsa da, texnologiyanın inkişafını nəzərə alaraq yenilənməyə ehtiyac var idi. Rəqəmsallaşma proqramları çərçivəsində 11-ə yaxın dövlət qurumu arasında informasiya mübadiləsi üçün körpü yaradılıb. Burada uşaqların doğumdan başlayaraq səhiyyə, təhsil, sosial, mədəni və idman sahələrində göstərilən dövlət xidmətləri, ehtiyac meyarları və əldə etdikləri nailiyyətlər qeyd olunacaq.
Məlumatlar bütün dövlət qurumları tərəfindən konfidensial şəkildə istifadə ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [17:57]
Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb
- 11.06.2026 [17:43]
Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük
- 11.06.2026 [17:37]
Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib
- 11.06.2026 [17:36]
Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır
- 11.06.2026 [17:24]