Dövlət Neft Fondunun aktivləri açıqlanıb
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2026-cı ilin əvvəlinə 73 milyard 542 milyon dollar (125 021 milyon manat), 2026-cı il iyun ayının 30-na isə 72 milyard 596 milyon dollar (123 414 milyon manat) təşkil edib.
AZƏRTAC ARDNF-nin yaydığı məlumata istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,08 milyard dollar və ya 9 faiz çoxdur.